Farenheyt Üzrə 451 Dərəcə (org. 451 Farenheit ) əsəri amerikalı yazıçı Rey Duqlas Bredberinin psixoloji və dram janrında qələmə aldığı bədii romandır. Əsər öz adını Fizika elmindəki temperatur vahidindən alıb. Belə ki, adi kağızın alışması üçün 451 Farenheyt tempertatur lazımdır. Əsərdə baş verən hadisələr keçid dövrünü yaşamaqda olan Amerikada baş verir. Kitabları və evləri yandırılan insanlardan bəhs edən əsər, 1953-cü ildə nəşr edilmişdir.
Farenheyt Üzrə 451 Dərəcə: Gələcəyin Amerikasında,yanğınsöndürənlərin vəzifəsinin söndürmək yox,kitabları yandırmaq olduğu bir zaman intervalı... Əsərimizin qəhrəmanı - Guy Montag da o yanğınsöndürənlərdən biridir. İşini hər zaman həvəslə, sevərək görən Guy, bir gün yolda Clairese adlı 17 yaşında olan bir qızla tanışır. Clairese ilə aralarında baş verən dialoqdan sonar Guy artıq daxilində hər şeyi sorğulamağa başlamışdır. İşini, arvadı Mildredi və müdiri Beattyni. Kitabları niyə yandırırlar? İnsanların bir-biri ilə danışıb söhbət etməyi, bir şeylərlə məşğul olmağı niyə qadağan edilirdi?
Bu söhbəti izləyən Guy, bir neçə gün ərzində normal şəkildə işinə getməyə davam elədi. Amma beynində hər zaman eyni bir sual var idi. Düşüncələrini qurdalayan bu sual onu daha da irəliyə apardı. Yandırdıqları evlərdən kitablar oğurlamağa başlayaraq, öz evində gizlincə oxumağa başladı. İşyerində həyəcan siqnalının çaldığı bir gün, kitab olan bir evi yandırmaq üçün oraya getdiklərində, kitabların sahibi olan qadın kitablarsız yaşamaqdansa onlarla ölməyi seçmişdi. Guy-un sualı artıq daha çox önəm daşıyırdı. Kitablar üçün ölmək mümkündürsə, ən başından məşğul olduğu bu iş onun buraxdığı bir səhvdirmi?
Guy bundan sonar evinə dönərək gizlətdiyi bir neçə kitabı çıxarır. Arvadı Mildred qorxmağa başlayır və Guydən kitabları yox etməsini istəyir. Ancaq Guy artıq kitabları yandırmaq vəzifəsini yerinə yetirməməkdə qərarlı idi. Evdən çıxıb, daha öncə də qarşılaşdığı professor Faberin yanına gedərək ondan kömək istəyir. Guy əlində olan kitabını başqa bir yanğınsöndürənin evinə yerləşdirərək, yanğınsöndürənlərə zəng edib o ünvanda kitab olduğunu xəbər verir. Yanğınsöndürənlər evi yandırarkən, Guy də onları kənardan seyr edir. O, bu şəkildə bütün şəhəri qazana biləcəyini düşünür.
Guy də qəribəliklərin olduğunun fərqinə varan müdir, ona oğurladığı kitabı geri verməsini və bu halın bütün yanğınsöndürənlərdə baş verdiyini deyir. Guy, özünü sadəcə bir kitab oğurlayıbmış kimi göstərərək kitabı Beattyə verir. Daha sonra həyəcan siqnalı yenidən işə düşməyə başlayır. Yanğınsöndürənlər növbəti evi yandırmaq üçün yola düşürlər. Ünvana yaxınlaşdıqda Guy, yandıracaqları evin öz evi olduğunu başa düşür. Evi yandırdıqdan sonra Beatty Guyu tutdurmaq üçün ilk həmləsini edir, lakin məqsədinə nail ola bilmir. Guy qaçmağı bacarır. Bütün şəhəri qaçaraq geridə qoyan Guy, Faberin evinə gedərək onun köhnə paltarlarını geyinir. Beləcə artıq qoxusundan istifadə edərək artıq onu tapa bilməzlər
Xalq televizordan onun qaçışını anba an izləyir və dövlət bu hadisənin manipulyasiya olduğunu açıqlayır. Oradan sürətlə irəliləyən Guy, ağıllı insanların olduğu bir topluma rast gəlir. Onlar, kitabları və evləri yandırılan amma bütün kitabları yaddaşında saxlayan insanlardır və Guy də artıq onlardan biridir. Üstəlik ən dəyərli kitab onun yaddaşındadır.
Kitabın Türk dilində EPUB formatında elektron versiyasını aşağıdakı e-keçiddən yükləyə bilərsiniz
http://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1622-ray-bradbury-fahrenheit-451.html