KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Meri Şelli - "Frankenşteyn Bədheybəti və ya Müasir Promotey" əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər Meri Şelli - "Frankenşteyn Bədheybəti və ya Müasir Promotey" əsəri ilə tanışlıq və məzmunu

ADI:
Frankenşteyn və ya Müasir Prometey
REYTİNQ:
  • +20
MÜƏLLİF:
DİL:
FORMAT:

Meri Şelli (1797-1851), yaşadığı dövrün ən məşhur yazar və filisoflarından olan William Godwin ilə Mary Wollstonecraftın qızıdır. 1816-cı ildə əsərləri üzərində böyük təsiri olan ingilis şair, Persi  Biss Şelli (Percy Bysshe Shelley) ilə evlənmişdir. Çox gənc bir yaşda qələmə aldığı və 1818-ci ildə nəşr etdirdiyi “Frankenşteyn Bədheybəti və ya Müasir Promotey” əsəri ilə böyük şöhrət qazanmışdır. Nəşr edildiyi dövrdə müəllifinin qadın olması səbəbi ilə böyük maraqla qarşılanan əsər, elmi-fantastik janrın ilk nümunəsi hesab olunur. Geniş oxucu auditoriyasının sevimlisinə çevrilən əsər, artıq iki əsrdir ki, kitab rəflərində öz yerini qoruyub saxlamağı bacarır.

Frankenşteyn Bədheybəti və ya Müasir Promotey: Romanın baş obrazı olan Viktor Frankenşteyn, insan yaratmağı və bununla da ölümsüz həyat olan məqsədinə çatmağı düşünür. Obraz əslində bu tərəfi ilə, insanın hər zaman içdən-içə hiss etdiyi ölümsüzlük hissinə qapılması ilə diqqət çəkir. Bu məqsədi ilə və bu uğura nail olmaq üçün saysız-hesabsız təcrübələr həyata keçirir. Öz məqsədinə uğurla nail olan Frankenşteyn, o günə qədər toplamış olduğu insan cəsədlərinin hissələrindən 2.50 metr hündürlüyündə olan div boyda insan yaradır. Frankenşteyn, yaratdığı bədheybət canlının simasını görəndə ondan uzaqlaşmağı qərara alır. Ancaq bu ana kimi bədhheybət simalı bu canlı da öz yaradıcısını tanımışdır. Ancaq, yeni yaranmış bu canlının, insanların ondan niyə qaçması mövzusunda heç bir fikri yoxdur.

Bu suala cavab tapmaq istəyən bədheybət, yaradıcısının bu suala cavab verməsi üçün Frankenşteyni axtarmağa başlayır. Lakin hərəkətlərini bilməyən və onu tanımayan insanlar tərəfindən davamlı olaraq rədd edilir. Axtarışına davam edən yeni sima, daha sonra yaradıcısının ailəsini tapmağa nail olur. Bir müddət onları izləyərək, ailə daxili mehriban münasibətlərini qısqanamağa başlayır. Bundan sonra özünə bir yar axtarmaq qərarını verən bədheybət, yaradıcısını bu mövzuda heç cür razı salmağı bacarmır. Yaşadığı bədbəxlik və kədərlər səbəbi ilə onun daxilində intiqam hissi güclənir.

İntiqam hissi ilə çulğalanan bədheybət, Frankenşteynin kiçik qardaşını öldürməyə nail olur. Ölüm səbəbi ilə yalnış olaraq günahkar bilinən digər qardaş edam edilərək öldürülür. Hadisənin şokundan ayıla bilməyən Frankenşteyn, Elizabeth ilə evlənir. Lakin, gəlini də bədheybətin qəzəbindən qorumaq mümkün olmur. Elə ilk gecədəcə də gəlin bədheybət tərəfindən öldürülür. Baş verən dəhşətli hadisələrdən sonra Frankenşteyn, yaratdığı bu bədheybət canlını məhv etməyi qərara alır. Bədheybətin axtarışlarına çıxan Frankenşteyn, Şimal Qütbünə qədər gedib çıxır. Həyati təhlükədə olan Frankenşteyn, kapitan Walton tərəfindən xilas olunaraq gəmiyə çıxarılır. Lakin, hekayəsini kapitana nağıl edəndən sonra dünyasını dəyişir. Bundan sonra Walton, bədheybət canlının yaradıcısının ölməsi səbəbi ilə ağladığını görür. Bədheybət ona etdiyi hərəkətlərdən dolayı vicdan əzabı çəkdiyini və həyatına son qoyacağını deyərək oradan uzaqlaşır.

Əsərin nəşr edildiyi gündən bu günə qədər öz populyarlığını qoruyub saxlamsının əsas səbəbi, insanların əsərdə yeni bir canlı növünün yaradılmasının, qısaca desək var oluşa maraq göstərmələridir. Bütün bu xüsusiyyətləri özündə əks etdirən əsərdə müəllif bizlərə, insanın tanrı olma arzusunu və bunun məhv edici təsirlərini göstərmək istəmişdir.


Kitabın Türk dilində EPUB formatında elekton versiyasını aşağıdakı e-keçiddən yükləyə bilərsiniz

http://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1623-mary-shelley-frankenstein-ya-da-modern-prometheus.html