KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Joze Saramaqo - "Korluq" əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər Joze Saramaqo - "Korluq" əsəri ilə tanışlıq və məzmunu

ADI:
Korluq
REYTİNQ:
  • +32
MÜƏLLİF:
DİL:
FORMAT:

 “Korluq” (org . port. Ensaio sobre a cegueira) əsəri  1998-ci ildə Nobel Ədəbiyyat Mükafatını qazanan,portuqaliyalı yazıçı, Joze Saramaqonun ömrünün son illərinə yaxın yazdığı ən təsirli əsərlərdən biridir. Korluq əsərini mükəmməl qılan bir çox xüsusiyyətləri var. Bunlardan biri də əsərdə heç bir cisimin və ya canlının adının olmamasıdır. Belə ki, əsərdə adsız bir ölkədə, adsız bir şəhərdə, adsız insanların başına gələn hadisələrdən söhbət açılır. Digər bir xüsusiyyət isə, əsərdə nöqtə və vergüldən başqa heç bir simvoldan istifadə edilməməsidir.

Portuqaliyanın ən tanınmış qələm ustalarından biri olan Joze Saramqo, bu cazibəli əsərdə korluq korluq faktını bir metafora olaraq istifadə etmiş və günümüzün dünyasını, cəmiyyəti, liberal demokratiyanı tənqid etmişdir. Yazarın yaratdığı əsər, əslində görən amma görməmək üçün başlarını torpağın altından çıxarmayanların hekayəsidir. Əsərdəki hadisələr müəyyən bir şəhərdə, zamanda baş vermir. Hətta obrazların belə özünə məxsus adları yoxdur

                                                                             
Korluq: Əsərimizdə heç bir obrazın xüsusi adı yoxdur. Əsər, adsız bir şəhərdə, adsız bir insanın maşın sürərkən işıqforda dayanaraq, yaşıl işiğın yanmasını gözləməsi ilə başlayır. Yaşıl işığın yanmasını gözləyən bu şəxs birdən korlaşmağa başlayır. Xəstəlik getdikcə bütün şəhəri öz təsiri altına almağa başlayır. Şəhərdəki bütün insanlar Ağ Korluq adı verilən bu xəstəliyə yoluxmağa başlayır. Xəstəliyə yoluxan insanların ortaq xüsusiyyəti hər şeyi ağappaq görmələridir.

Epidemiyanın bütün şəhərə yayılmasından sonra, dövlət qabaqlayıcı tədbir olaraq xəstəliyə yoluxanları karantinə almağa başlayır. Xəstəliyə yoluxan bir göz həkimi də karantinə gətirilmişdir. Həyat yoldaşını yalnız buraxmaq istəməyən qadın da xəstəliyə yoluxma bəhanəsi ilə ərinin yanına karantinə alınır. Hər kəsin kor olduğu karantində bir tək bu qadının göz sağlığı yerindədir. Bu səbəbdən qadın, hər anını xəstəliyə yoluxma qorxusu ilə keçirir. Yenə də bir an belə olsa xəstəliyə yoluxmuş həyat yoldaşını yalnız buraxmamaqda qərarlıdır.

Xəstəliyin xeyli dərəcədə irəliləyərək bütün şəhəri öz ağuşuna almasının qarşısını almaq məqsədi ilə heç kimi karantinin yaxınlığına belə buraxmırlar. Bununla belə artıq ölkədə vəziyyət kritik həddə çatmağa başlayır. Qruplaşmalar yaranmağa başlayır. Güclü olanların zəiflərə əziyyət etmələri artıq adi hala çevrilir. İşlər daha da pisləşməyə doğru gedən zaman həkimin arvadı gizlincə qruplaşmanın liderini öldürməyə nail olur. Lakin bu vəziyyətin daha da kritikləşməsinə gətirib çıxarır. Karantinin ərazisində yanğın baş verməsindən sonra hamı qaçmağa nail olur. Bundan sonra xəstəlik bütün şəhəri öz ağuşuna alır. Həkimin arvadı həkimi də alaraq öz evlərinə qayıdır. Xəstəlik yavaş-yavaş öz təsirini itirməyə başlayandan sonra hər kəs yenidən görməyə başlayır.

Romanda korluğun fiziki yox sadəcə həqiqətləri, doğruları görməyən gözləri ifadə etdiyini bilərəkdən, mövcud sistemin əsl bir xaos olduğu qaçınılmazdır. Cəmiyyəti, içərisində olduğu qaranlıqdan çıxarmaq istəyən aydınlar hər zaman olmuşdur. Ancaq hər zaman onlara maneə olunmasının, onların həbs edilmələri və ya öldürülmələrinin şahidi olmuşuq. Həkimin həyat yoldaşının da dediyi kimi: 

“Nəhayətində, kor olmadığımızı düşünürəm. Biz onsuz da kor idik. Görən korlar mı yoxsa gördüyü halda görməyən korlar mı?”

Nəşr edildikdən sonra Avropada böyük ajiotaj yaradan əsərin arxa fonunda çox böyük ictimai-siyasi-mədəni tənqid dayanır. Təkcə ədəbi yaradıcılığı ilə deyil, siyasi fəaliyyəti ilə də seçilən, həyatının sonuna qədər kommunizmə, sol ideyalara sadiq qalan portuqal yazıçının bu romanı yeni dövrə, kapitalizmə və onun gətirdiyi naqisliklərə qarşı yazılmış ən möhtəşəm əsərlərdən biri sayılır. Amma ədəbi əsəri təkcə hansısa ideologiyanın çərçivələrində şərh eləmək də düzgün olmazdı. Dahiyanə «Korluq» romanını oxuyan istənilən dünyagörüşə sahib oxucu orada özü üçün faydalı, öz dünyasının qaranlıq bucaqlarına işıq salan fikirlərlə qarşılaşacaq. Bu roman müasir ədəbiyyatın şedevrlərindən biri sayılır. Sonda onu da qeyd edimki, əsərin motivləri əsasında 2008-ci ildə “Blindness” adlı film də çəkilmişdir.


Əsərin Türk dilində EPUB formatında elektron verisyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər

http://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1625-jose-saramago-korluk.html