Amerikalı yazıçı Cek Londonun “Dəniz Canavarı” (org. The Sea-Wolf) adlı əsəri 39 fəsildən ibarətdir. Əsərimizin qəhrəmanı Humprey və Larsen obrazlarıdır. Buxarlı gəminin batması nəticəsində özünü dalğaların arasında tapan Humpreyin, soyuq su ilə həyat mübarizəsi aparması, sonralar onu tamamilə başqa xarakterli birinə çevirəcək.
Firon adalarından Şimal-Qərbə doğru hərəkət edən gəmi, suyun içində həyatda qalmaq uğrunda mübarizə aparan qəhrəmanımızı xilas edəcək. Amma bu xilas heç də təxmin etdiyimiz qədər asan başa gəlmir. Cek London “Dəniz Canavarı” adlı bu əsərində həyatda qalmağın və təbiətin heç də insanlara qarşı xeyirxah olmayan münasibətlərini əks etdirir. Ədalətin insan qanı ilə təmin olunduğu dünyamızda, hüquq dənizlərin və okeanlarındır.
Wolf Larsenin kapitanlıq etdiyi bu gəmi (Kabus), dalğaları yardıqca Yaponiyaya ov dalınca çıxdığı bu yol, dalğaların gəmiləri batırması ilə adətən bir insan ovuna çevrilir.
Okeanın ortasında heç də xeyirxah olmayan Larsenin vücudu, adətən bir qadının simasını xatırladır. İllərdir dəniz canavarı olan Larsenin kapitanı olduğu gəmidə olan davranışları və qəzəbi, heç də bir zəlzələnin şiddətli qəzəbindən az olmur. Bütün ekipaj əvvəl-axır Larsenin pəncələrini cüssəsində hiss etməlidir. Çünki, o, ən güclüdür.
Kabus adlı bu gəmidə Humprey Van Weyden; əvvəlcə Hump, daha sonra isə Umpa çevrilir. Günlər keçdikcə keçmiş vəzifəsini xatırlayaraq kədərlənir. Əvvəllər yüksək gəlirə malik bir işə sahib olan Humprey, görün indi hansı haldadır. Halbuki bütün bunlar hələ başlanğıcdır. Bu gəminin tanrısı Larsendir. Qanunları və rütbələri o müəyyən edir. Dəniz Canavarı Larsen, adətən bir diktatoru xatırladır. Humprey onunla yollarının necə kəsişdiyini hələ də anlamayaraq, hələ də baş verənləri çarəsizcə izləyir. Artıq o da gəminin bir hissəsinə çevrilməkdədir.
Müəllif əsərdə, Humprey və Wolf Larsen obrazlarını formalaşdırarkən ortaya iki fərqli bir pəncərə açılır. Humprey obrazı, varlı bir nəsildən olan, təbiətlə ən kiçik belə təması olmayan mədəniyyətli və həssas şəxsdir. Larsen isə fırtınalı bir dənizdə böyüyüb boya-başa çatmış, həyatının hər dövründə dalğalar ilə mübarizə aparan bir kapitandır.
Gəmisini itirməkdənsə gərəkirsə canından belə keçməəyə hazır olan bu obraz, verdiyi qərarları və atdığı addımları heç kimdən qorxmayaraq həyata keçirir. Bu iki obrazın ən böyük ortaq nöqtələri, pis şöhrətli tayfanın və çətin okean həyatının şərtləri altında sağqala bilmələridir.
Müəllif əsəri elə bir şəkildə qələmə almışdır ki, mütaliə edərkən gəmidə həyat uğrunda mübarizə aparan obrazlardan birinin özünüz olduğunu hiss edirsiniz.
Humpreyin əsərdə öz ruzisini qazanmağa başlamağı və qarət olunması kimi fəsillərdəki düşüncə keçidləri ilə, ilk əvvəl okeana düşərkən dalğaların arasında ağlından keçən düşüncələr arasındaki fərqi özünüz də hiss etmiş olacaqsınız.
Obrazın öz ağzından nağıl edilməsi və fəsillər halında formalaşdırlıdığından əsər daha oxunaqlı bir hala gəlmidir. Larsen fiqurunun Humprey xarakteri üzərində kapital bir sinif olaraq ağalığı qəbul etməsi müəllif tərəfindən oxuculara gözəl təsvir edilib.
“‘Wolf Larsen!’ deyə sual verildi bir saniyə sonra.”Bu ada baxın siz!” Tam bir canavar. Bəzi insanlar kimi pis qəlbli biri deyil o. Çünki qəlbsizin biridi canavar. Bilidiyiniz Canavar. Adına belə təəccüblənirsiniz?
Kapitan Larsenin dünya görüşü : “İnsan həyatı demək istəyirsən. Amma yediyin balıq, ya da heyvan ətlərinin insan ətindən heç bir fərqi yoxdur. Belə ucuz və dəyərsiz olan bir həyat üçün niyə xəsicə davranım? Yer üzündə gəmilərdən daha çox dənizçi, fabriklərdən və gəmilərdən daha çox işçi var. Niyə siz torpaqda yaşayan insanlar, yazıq insanlarınızı, şəhərlərinizin kənar məhəllələrində səfil küçələrinizdə dolandırırsınız? Niyə bütün xəstəlikləri və aclığı onların üstünə atırsınız? Bir parça iş üçün vəhşi heyvanlar kimi döyüşən insanlar gördünüzmü heç həyatınızda?”
Kitabın Türk dilində EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər
http://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1633-jack-london-deniz-kurdu.html