“Dünya Mənim Gözümdə” əsərində, Albert Eynşteynin həyata, yaşadığı dünyaya və elmi işlərinə dair düşündükləri ilə tanış ola biləcəksiniz. Sehirli, zarafatlı və dahiyanə yanaşmalar və səmimi etiraflar. Hər nə qədər yanlış olaraq Eynşteynin atomu parçalamasına görə ona lənət oxuyan, amma insanlıq və dünya adına heç bir qatqısı olmayan canlılar mövcud olsa belə, Eynşteyn, insanlığın hökm sürdüyü və sülh dolu bir dünyanı arzulayırdı. “Azadlıq, Yaxşı və Pis, İnsanın Həqiqi Dəyəri, Kütlə və Fərd, Ölüm, Təhsil, Din və Elm, Müharibə və Sülh, Dünyanın İqtisadi Böhranı, Mədəniyyət və Rifah, İstehsal və İstelak gücü, Avropanın Mövcud Vəziyyəti, Xristianlıq və Yəhudilik, Bir Ərəbə Məktub, Aktiv Pasifizm” kimi mövzularının olduğu “Dünya Mənim Gözümdə” (org. The World As I See It ) əsərində də məhz humanist dəyərlərə xidmət etməsindən söz açılır.
“İnsanın həqiqi dəyəri, öz-özündən azad olmağı nə ölçüdə və nə mənada bacara biləcəyi ilə müəyyən edilir.” A.Eynşteyn
Dünya Mənim Gözümdə : Dünya Mənim Gözümdə, Albert Eynşteynin həyata dair fikirlərini əks etdirən mükəmməl bir kitabdır. Kitab fəlsəfi və siyasi yazılardan ibarətdir.
Eynşteynin kitabda ilk öncə həyatın mənasına toxunur.Müəllif əslində bəsit bir həyatı arzulamaqdadır. Sinfi fərqliliklərin ədalətsiz olması fikrini ömrünün sonuna kimi müdafiə etmiş və sadə bir həyat tərzinin həm fiziki, həm də ruhi baxımdan hər kəs üçün ən yaxşısı olduğu qənaətində olmuşdur.
Bir insanın öz varlığının və ya ümumi mənada məqsədini və mənasını tapmağa çalışması obyektiv baxımdan ona hər zaman məntiqsiz görünmüşdür. Ancaq bununla belə hər kəsin davranışlarına haqq qazandırdığı idealları da mövcud olmuşdur. Bu mənada hər şeydən asılı olmayan, öz içində məqsədi olan şeylərə heç də isti baxılmamalıdır. Həyatı aydınladan yeganə şey ideallar, həqiqət, yaxşılıq, gözəllikdir. İnsanların mülkiyyət və lüks həyat kimi adi hədəfləri axmaq bir vəziyyətdən başqa bir şey deyildir.
İkinci olaraq toxunduğu mövzu isə kütlə və şəxsiyyət anlayışlarıdır. Əslində hər zaman ikisinin bir-birindən ayrı şeylər olduğunu müdafiə etmişdir. Fərd, toplumda xüsusiləşmiş amma fərqli bir parçadır. Bir insanın kütlə üçün dəyəri, ilk öncə onun düşüncə və hissləri ilə digərlərinin yaxşılığını nə ölçüdə hədəflədiyinə bağlıdır. Fərdi xüsusi edən və onun özü olmasını sığortalayan şey də, fiziki və ruhi varlığını beşikdən məzara qədər istiqamətləndirən də, böyük bir insan kütləsinin üzvü olmaqdır. Sağlam bir kütlənin də necə vacib olduğunu unutmayaq. Sağlam bir kütlə, onu formalaşdıran fərdlərin asılılıqlarının olmamasından və fərdlərin siyasi mənada birliyinə bağlıdır.
Müəllif əsərdə bundan sonra varlı olmaqla bağlı açıqlamalarına və ideallarına yer verir. Varlı olmağın insanı heç bir şəkildə irəli aparmayacağı fikrində idi.
Bilindiyimiz kimi Yaponiya ilə Amerika arasında olan müharibədə ağır məğlubiyyətlər əldə etmişdi. Bundan sonra gələcək nəsilə uğur və çalışmağı, hər zaman önə getmələrini öyrədə biləcək kadrlar hazırlamış və uşaqları bu şəkildə tərbiyə etmişdilər. Bir müəllimin ən önəmli tərəfi yaradıcılığa və biliyə olan marağı və həzzi oyandırmaqdır. Yaponiya müəllimləri bunu çox gözəl mənimsəmiş və şagirdlərinə aşılamışdır.
Eynşteynin toxunduğu ən vacib və kitabın böyük bir qismini tutan mövzu isə müharibələrdir. Müharibələr ən qədim dövrdən bu günə qədər davam edən və insanların ölümünə səbəbiyyət verən bir qətliamdır. İstər əsgər olsun, istərsə də hər hansı başqa bir şəxs, insan öldürməyin yalnış olduğuna və sülh dolu bir mühitdə yaşamağın vacib olduğunu əsərdə qeyd etmişdir. Sülhə maneə olan ən önəmli ünsür isə silahlanmaqdır. Silah düzəltməkdə maraqlı olan güclü sənaye qruplarının dünyanın hər yerində, beynəlxalq qarşıdurmaların sülhlə həllinə maneə törtəməklərini hamı başa düşməlidir. Silahlanmaq və media, müharibəyə zəmin yaradan ən başlıca ünsürlərdir.