İrlandiyalı yazıçı Kristi Braunun dünyanın ən yaxşı avtobioqrafiya kitablarından biri olan “Sol Ayağım” əsərinə, avtobiqorafiyadan da irəli, oxucuları motivasiya edən və mükəmməl bir şəxsiyyəti formalaşdıran bir əsər də deyə bilərik. Kristi Braunun həqiqi həyat hekayəsini və mübarizəsini oxuduqca, həyata olan baxışımız dəyişir və bacarmaq istədiyimiz hədəflər gözümüzdə daha da asanlaşır. Sol Ayağım romanı 16 kiçik fəsildən ibarətdir.
Beyin iflici ilə doğulan və bu səbəbdən həkimlərin bu zehin ilə daha çox yaşaya bilməyəciyini düşündükləri Kristi Braunun,fərqli bir uşaq olduğunu ilk olaraq anası fərq edir. Həkimlərin dediklərini ciddi qəbul etməyərək oğlu üçün hər şeyi edir. Bunun fərqində olan Kristi Braun bir müddət vücudunu hərəkət etdirə bilmədən həyatına davam edir. Bir gün bacısının təbaşir ilə dərslərini əl etməsini izləyərkən, daxildən gələn bir qüvvə ilə təbaşiri sol ayağına alıb bir şeylər çəkməyə başlayır. Bu, anası da daxil olmaqla hər kəsdə şok effekti yaradır. Bundan sonra anası ona hərfləri öyrtəməyə qərar verir və Kristi Braun ilk olaraq sol ayağı ilə A hərfini yazmağı bacarır.
Bir sonraki fəsildə Braun, sol ayağını istifadə edərək və anasının da köməyi ilə əlifbanı əvvəldən sona qədər öyrənməsindan söhbət açılır. Sol ayağından istifadə edərək bir şeylər çəkməsi və yazı yazması, onun həyatındaki yeni bir səhifədir. Kristi Braun, daha da irəli gedərək əlifbadan sonra sözləri öyrənməəyə başlayır. Anasını yanına çağıraraq ona ilk yazdığı sözü göstərir: Ana
Onun asılı olduğu bir oyuncağı var. Onun vasitəsi ilə qardaşları ilə hər yerə gedərək həyatın dadını çıxarır. Onu xarici dünyaya bağlayan tək şey, adını Hanry qoyduğu uşaq arabasıdır. Lakin köhnə olan araba bir gün qırılaraq istifadə edilə bilinməyəcək bir vəziyyətə gəlir. Kristinin həyatı başına yıxılır. Qardaşları oynamağa gedən zaman, onun əlindən bir şey gəlməyərək, sadəcə onları izləməklə kifayətlənir.
Bir müddət sonra anası Kristiyə yeni bir uşaq arabası alır. Lakin həyat artıq hər zamanki kimi deyildir. Kristi artıq böyüməkdə və ətrafindaki hər şeyi daha yaxşı qavramaqdadır. Bir dəfə özünü güzgüdə görən Kristi, özünü bəyənmir. Yeni arabasının olmağına baxmayaraq artıq çölə getmək istəmir.
Yeni il gəlir və hər kəs yeni il hədiyyələrini açır. Kristinin hədiyyəsi oyuncaq əsgərlərdir. Lakin onun gözü qardaşına hədiyyə edilən boyalarda qalır. Onları arzulayır. Bir gün yalnız başına ikən boyaları alır və boyamaya başlayır. Anası bunu görəndə ona kömək etməyə başlayır. Kristinin dünyası yenidən canlanmışdır. Uzun bir aradan sonra yenidən həyata qayıtdığını hiss edir.
Rəsm çəkmək Kristi Braununən böyük arzusuna çevrilir. Lakin zamanla sevgi ilə də tanış olur. Onunki ümidsiz bir sevgidir və ilk eşq əzabını da bu şəkildə balaca ikən çəkir. Sonra ikinci dəfə aşıq olan Kristi, məhəllədəki Jenny adlı qıza vurulur. Ona kiçik bir kağız parçasında məktub göndərərək, rəsmini çəkməyə dəvət edir. Buna sevinən Jenny, Kristi ilə vaxt keçirməyə başlayır. Lakin vaxt keçdikcə o da Kristidən uzaqlaşmağa başlayır. Ümidləri boşa çıxan Kristi yenidən sevgi əzabı çəkməyə başlayır.
Kristi zamanla özünə qapanır. Artıq rəsm çəkmək də gözlənilən qədər effect verməz. Qarşısına çıxan müalicə imkanlarını istifadə etməyə başlayır. Bir dəfə Fransaya gedərək özü kimi insanlarla tanış olur. Lakin, yenə də axtardığını tapmır. Daha sonra bir həkimin köməyi ilə fiziki müalicə olunmağa başlayır. Kristinin müalicədə uğurlu olması üçün sahib olduğu yeganə şeydən əl çəkməsi istənilir. Kristi Braun bundan sonra sol ayağından aktiv şəkildə istifadə etməyi dayandırmalı idi. Şərti qəbul edən Kristinin müalicəsi start götürür. Kristi zamanla yenə özünə qapanmağa başlayır. Lakin evin çox kiçik olması səbəbi ilə həkim müalicəyə rahat şəkildə davam edə bilmir. Kristinin anası topladığı az bir miqdar pula evin arxa bağçasında Kristiyə kiçik bir ev inşa etdirir.
Kristi bir tərəfdən müalicəyə davam edərkən bir tərəfdən də yeni axtarışlara başlayır. Bir gün qardaşının ev tapşırığını yerinə yetirərəkən nə qədər çətinlik çəkdiyini görən Krsitinin ağlına bir fikir gəlir. O diktə edəcək, qardaşı isə onun üçün qeydlər aparacaqdır. Beləcə Kristi Braun bir kitab yazmağı qərara alır. Lakin yenə də bir şeylər əksikdir. Həkimi ona kitab yazmağı öyrədərək məsləhətlər verir. Bundan sonra Kristi Braun avtobioqrafiyasını qələmə almağa başlayır.
Kristinin kitabının ilk iki fəsili olan A hərfi və Ana-nı tamamlamağa nail olmuşdur. Həkiminin də köməyi nəticəsində əsərini tamamlayan Kristinin kitabını evdə oxumağa qərar verirlər. Kitabı oxumağı həkim öz üzərinə götürür. Kristi və ailəsi çox həyəcanlıdır. Həkim ilk iki fəsili oxuyan zaman əsər otaqda olan hər kəsi öz təsiri altına almağı bacarır. Hər kəs Krisitni ayaqda alqışlayır. Zehin əngəlli olduğu düşünülən Kristi artıq həm bir rəssam həm də bir yazıçıdır..
Maraq üçün qeyd edim ki, əsərin motivləri əsasında, Kristi Braunu Daniel Day – Levisin canlandırdığı film də çəkilmişdir.
Kristi Braun – Sol Ayağım əsərinin Türk dilində PDF formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.
https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1410-christy-brown-sol-ayagim.html