KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Stiven King - "Yaşıl Mil" əsəri ilə tanışlıq və qısa məzmunu


Şeçilmişlər Stiven King - "Yaşıl Mil" əsəri ilə tanışlıq və qısa məzmunu

ADI:
Yaşıl Mil
REYTİNQ:
  • +35
MÜƏLLİF:
DİL:
FORMAT:
Yaşıl Mil“ (Green Mile) qorxu romanlarının ustası olan Stiven Kingin ən yaxşı romanlarından biri hesab olunur. Əsərdə baş verən hekayələr 1932-ci ildə Amerikada gerçəkləşir. Ən qatı qatillərin tutulduğu Could Mountain həbsxanası E bloku ilə məşurdur. Elektrikli stula gedən son dayanacaq buradır. Edam olunan qatillərin elektrik stuluna aparıldığı dəhliz yaşıl rəngdədir. Əsər də adını məhz buradan almışdır.
Baş nəzarətçi Paul Edgecombe işçiləri ilə birlikdə işini çox ciddi əməl edən bir obrazdır. Onlar qatillərin edam edilməsi prosedurunu hər gün təkrar edirlər. Vəhşi qatillər olmasına baxmayaraq, onların edamı ilə bağlı heç bir problem yaşanmamalıdır.
Nəzarətçilər üçün monoton günlər bir-birini əvəzləsə də davam edərkən həbsxanaya John Coffey adında bir məhkumun gətirilməsi ilə tamamən həyatları dəyişir. Nəhəng cüssəsi ilə diqqət çəkən bu məhkum iki kiçik qıza təcavüz etməsi ilə günahlandırılır. Bu səbəbdən nəzarətçilər üçün onun digər qtillərdən bir fərqi yoxdur. Lakin, zamanla hər şey dəyişir.
Nəzarətçilər Johnu tanıdıqca əslində onun uşaq qəlbli birisi olduğunu anlayırlar. Buna baxmayaraq onun üçün verilən hökm qətidir. Lakin nəzarətçilər Johnun adam öldürə bilməyəcəyini anlamaqdadırlar.
Johnun başqa bir xüsusiyyəti də var. Baş nəzarətçi Paul, dindar bir adamdır. Lakin John ilə tanış olduqda onda da bu cinayətin onun törətməsi ilə bağlı suallar yaranmağa başlayır. Bundan başqa John, xəstəlikləri toxunmaqla sağaltmaq qabiliyyətinə sahibdir. Bir gün Paul, həbsaxanada pisləşən zaman onun harayına John yetişir və onu hər zaman olduğundan daha yaxşı  olacaq bir şəkildə sağaldır.
John bunula kifayətlənmiyərək, nəzarətçilər arasında baş verən mübahisə zamanı öldürülən siçanı da əlinə alaraq ona yenidən can verir. Bu hadisə Paula çox ciddi təsir edir və o , Tanrının ona göndərdiyi bu möcüzəvi insanı öldürmək məcburiyyətində qalmağını qəbul edə bilmir bilmir.
Johnun bacarığını görən nəzarətçilər, onun çox sevdikləri həbsxana müdirinin arvadının ölümcül xəstəliyini sağalda biləcəyini düşünürlər. Bundan sonra onu həbsxanadan qaçırdıb müdirin evinə aparırlar. John qadının xəstəlyini içinə çəkərək onu sağaldır. Lakin, Paul və dostları bir həqiqəti hələ indi başa düşürlər. John xəstəlikləri sağaltmır, onu başqalarından öz içinə çəkərək orada məhkum edir. Bu səbəbdən əhvalı pisləşən Johnu, nəzarətçilər zorla da olsa həbsxanaya gətirə bilirlər.
John tam həbsxana otağına girəcəyi zaman qadından içinə çəkdiyi xəstəliyi, hamı tərəfindən nifrət edilən və siçanı yenidən öldürməyə çalışan nəzarətçiyə keçirir. Bir mənada öz düşüncəsinə görə ədaləti bərpa etmiş olur.
Günlər keçir və artıq Johnun da edam günü gəlib çatır. Paul belə birini edam edə bilməyəcəyini bilir. Lakin, vəzifəsi ondan bu işin görülməsini tələb edir. John ona son olaraq bir hədiyyə verərək, əsil həqiqətin Paulun da görməsini təmin edir. Paul artıq Johnun qatil olmadığını və əsil qatilin həbsxananın digər otağında saxlanılan qatil olduğunu başa düşür.
Paul Johndan son olaraq nə istədiyini soruşur. Əgər həbsxanadan qaçmaq istəsə ona köməklik göstərəcyini bildirir. Lakin John bu təklifi qəbul etməyərək daha yaşamaq istəmədiyini bildirir. Bundan sonra Paul və digər nəzarətçilər son dəfə yaşıl mildə irəliləməlidirlər.
Sonda onu da qeyd edim ki, əsərin motivləri əsasında 1999-cu ildə  çəkilmiş və baş rollarda Tom Henks, Michael Clarke Duncan, David Morse-un çəkildiyi “Green Mile” filminə baxmağı da unutmayın.

Stiven King - "Yaşıl Mil" əsərinin Azərbyacan dilində PDF formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilərlər

https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/459-stiven-kinq-yasil-mil.html