Klassik Rus ədəbiyyatının ən yaxşı nümunələrindən biri hesab olunan “Oblomov” əsərinin bir fəsili olan ”Oblomovun Yuxusu”, İvan Qonçarov tərəfindən 1849-cu ildə jurnalda dərc etdirilir. Lakin, əsər bir müddət fasilədən sonra1859-cu ildə “Oteçestvenniye Zpiski” jurnalının ilk dörd nömrəsində çap olunmuşdur. Qonçarov, əsərin çapından bir ay əvvəl tamamlamasını bu şəkildə izah edir: “Belə bir böyük romanın bir ay içərisində yazılması mümkünsüz kimi görünür. Ancaq unutmayın ki, bu əsəri uzun illər beynimdə daşıdım və onu sadəcə olaraq kağıza köçürmək qalmışdı.”
Əsərimizin baş qəhrəmanı Oblomov, atasından miras qalan Oblomovka kəndinin sahibi olan bir əsilzadədir. Yüksək təhsil almış və bir müddət dövlət məmuru olaraq xidmət etsə də, sonra bezərək işindən ayrılmışdır. Vaxt keçdikcə artıq cavanlığında xəyal etdiyi həyatdan uzaq düşmüş, yaşı otuzu keçmiş Oblomova, ətrafdaki hər şey mənasız görünməyə başlamışdır. Əsər Oblomovun doğumundan ölümünə qədər olan həyatını əks etdirdiyi kimi, özündə nihilizm və ekzistensializm kimi cərəyanların da izlərini daşımaqdadır.
Oblomovun bağlı olduğu əşya isə yatağıdır. Yatmaq və yatağından qalxmamaq onun üçün yorğunluqdan yaranan bir ehtiyac deyildi. Bu onun təbii halı idi. Hər zaman planları haqqında düşünən obraz, planlarını həyata keçirməklə bağlı yaşadığı problemləri həll etmək üçün heç bir cəhd etməmişdir. Qısaca desək, Oblomov düşünmək və xəyal qurmaq mərhələsi ilə reallıq arasında heç bir körpü qura bilməmişdir. Müəllif, bu halına görə xalqını təsvir etmiş və kütlənin sahib olduğu oblomovluğun, geridə qalmışlığın xalqı daha da geriyə sürüklədiyini deməyə çalışmış və Oblomovluğun rus xalqı üçün böyük bir bəla olduğunu dilə gətirmişdir.
Stoltz, Oblomovun ən yaxın dostudur. Oblomovun əksinə Stoltz daha hərəkətli və uğurlarla dolu bir həyat tərzinə sahibdir və davamlı olaraq səyahət etməkdədir. Stoltzun həyat dərsi Oblomovun yuxusudur. Çünki, onu irəli aparacaq olan Stoltzdur. Stoltz, Avropanı, Qərb sakinlərini və onların sahib olduqları ciddi və intizamlı bir həyatı təmsil edir.
Oblomovun passiv həyat tərzinə son qoyan isə Stoltzun onunla tanış etdiyi Olga obrazıdır. Olga da öz düşüncə tərzinə görə heç də Stoltzdan geri qalmır və Oblomovu yenidən cəmiyyətə qazandırmağa çalışır. Ancaq Olganın xarakterində özündən razılıq hiss olunur.
Dxilində, fikirlərini və hədəflərini həyata keçirdiyi üçün özü ilə fəxr etmə düşüncəsi yatır və növbəti hədəflərindən biri də Oblomovdur. Ancaq Oblomov ilə münasibəti ayrılıqla nəticələndiyi üçün Olga bir müddət depresiyyaya düşsə də, əsərin sonunda Stoltzla evlənərək xoşbəxt bir həyat yaşamağı bacarırlar.
Olgadan ayrıldıqdan sonra yenə Oblomovluğa qayıdan Oblomov yeni kirayədə qaldığı evin sahibəsi, iki uşaq anası Agafya ilə münasibət qurur. Oblomova hər zaman sadə olan Agafya, sadə, bəyinə bağlı şəhərli bir qadındır. Agafya ilə müqayisədə Olga isə gözəl, ağıllı və davamlı olaraq müsbət mənada dəyişən rus qadını obrazını təmsil edir.
Oxuculura tərəfindən tənbəl hesab edilməsinə baxmayaraq, romanda ən tənbəl obraz kimi Zaxar göstərilib. Oblomov düşündüklərini həyata keçirə bilmədiyi üçün hər zaman əzab çəkmişdir. Ancaq Zaxar isə sadəcə tənbəl olmuş və kefinə düşkün etmədiyi işlərin nəticəsini zərrə qədər də düşünməyən və bütün bunları ciddiyə almayan bir obraz təsiri bağışlayır.
İvan Qonçarov-Oblomov əsərini Türk dilində EPUB formatında elektron formada oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.
https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1678-ivan-goncarov-oblomov.html
https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1678-ivan-goncarov-oblomov.html