KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Christina Daniels “Mənim Yolum - Aamir Khanın İnanılmaz Səyahəti“ əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər Christina Daniels “Mənim Yolum - Aamir Khanın İnanılmaz Səyahəti“ əsəri ilə tanışlıq və məzmunu

ADI:
Mənim Yolum - Aamir Khan'ın İnanılmaz Səyahəti
REYTİNQ:
  • +17
MÜƏLLİF:
DİL:
FORMAT:
Bu gün məzmunu ilə tanış olacağımız əsər Christina Danielsin bioqrafik janrda qələmə alınmış “Mənim Yolum-Aamir Khanın İnanılmaz Səyahəti“ əsəridir. Amirin rejissor atası Tahirin evində tez-tez iş görüşmələri baş tutarkən 8 yaşında olan Aamir onları maraqla dinləyərdi. İllərcə davam edən bu görüşlərdən sonra atası 12 yaşı olan Aamirin fikrini başa düşməyə başlayır. Lakin, bu işə illərini sərf edən atası, oğlunu bu işdən uzaq tutmağa çalışır. Aktyorluq və rejissorluq kimi işlərdə hər cür çətinliyi dadan Tahirin uşaqları üçün tamam başqa planları vardır. Atası Aamirin mühəndis və ya həkim olmasını istəyir. Əlbəttə Tahir yenə də öz işinə davam etdiyindən, Aamir zamanla onun peşəsinin bütün sirlərinə yiyələnməyə başlayır. Aamirin fikrinə görə film sahəsində işləyən birinin ilk vəzifəsi insanları əyləndirməkdir.

Aamir, müsahibələrindən birində uşaqlığını xatırlayarkən ən xoşbəxt olduğu günün anasının ona velosiped aldığı gün olduğunu qeyd edir. Atasına görə Aamir tamamilə sağlam uşaqdır. Aamir hələ beş yaşında olarkən onu yerdə cansız bir şəkildə uzandığını görən atası, beş dəqiqə ərzində ona süni tənəffüs verir. Uşaq özünə gəldikdə isə dərhal onu xəstəxanaya aparırlar Uşaqlığı boyunca səhhəti ilə bağlı yaşadığı tək problemin bu olduğunu qeyd edir.

Aamir heyvanları və kitabları çox sevir. Uşaq olarkən ailəsi  heyvan saxlamasına icazə vermədiyindən yetkin yaşlarında bir çox ev heyvanları saxlamağa başlayır. Ailəsi və ətrafındaki insanlar Aamirin çəkingən və özünə qapanıq uşaq olduğuna görə narahat olmağa başlayırlar. Hətta qohumu Mansoor “Aamir kimi utancaq birinin kameralar qarşısında necə çıxış edəcəyini maraq edirdim” deyə bir müsaibədə deyir. Aamir tenis, şahmat və kubik-rubikə maraq göstərir və hətta məktəb illərində tenis çempionluğunu qazanmışdır.

Aamirin məktəb yoldaşlarından biri olan Aditya da ailəsinin film sektoru ilə bağlı olması səbəbi ilə rejissorluğa maraq göstərir və həmin illərdə 40 dəqiqəlik ilk filmini çəkməyə nail olur. Aamir də ona qatıılr və bu ilk iş onun istedadını üzə çıxmasına vəsilə olur.

80-ci illərin sonlarında  Aamirin çəkildiyi filmlər bir sıra mükafatlara layiq görülür. Hər bir Hind filminin klişelərindən uzaq olan Aamir, film sektoruna yeni bir nəfəs gətirir.
Önündəki il Aamir üçün çox uğursuz olur. İlk uğurlu filmlərindən olan ”Qayamat Se Qayamat“ filminin ardından “Dil” filmi ilə Aamir artıq öz istedadından şübhə etməyə başlayır. Uğursuzluqlarla dolu olan həmin ildə Aamirin aktyor olaraq yenidən ciddiyə alınması üçün kiçik uğurlar bəs etmir. Aamir ilə eyni bir filmdə rol alan Salman Khan böyük bir maraqla qarşılanaraq Aamir ilə rəqabətə girir. Əlbəttə ki, vəziyyət Aamirin xeyrinə deyildi. İzləyici kütləsi Aamiri tək filmlik möcüzə olaraq qəbul etməyə başlayırlar. Bu şərtlər altında çəkildiyi “Dil” filmi, onun kariyerasının ən vacib filmi olur. ”Dil” filminə çəkildikdən sonra yenidən uğurlar əldə etməyə başlayan Aamir, öz istedadını sübuta yetirmiş olur. Bu film aktyora “Şokolad oğlan” ləqəbini qazandırır.
Aamir ilk evlilik həyatını Reena ilə paylaşır. Lakin, bu evlilikdən ailələlərinin xəbəri olmur. Tair gəlinini qəbul etsə də, Reenanın ailəsi heç cür qəbul edə bilmir. Reenanın atası Dutta rahatsızlanaraq xəstəxanaya aparılır. Qaynatasını xəstəxanaya ziyarət etməyə gələn Aamir, onun da müsbət cavabını almağı bacarır. 16 il davam edən münasibətdən gənc ailənin Junaid və İra adında iki övladı dünyaya göz açır.
90-cı illərdə Aamir ən uğurlu filmlərdən biri olan “Dil Hai Ke Manta Nahin “ filmində rol alır. Aamir filmdəki roluna belə adı özü seçir. Film uğur qazansa da, “İt Happened One Night” filmindən ilham alındığından film sektorundaki iş adamları tərəfindən heç də səmimi qarşılanmır.
Aamir Khan və Mansoor Khanın ikinci işləri “Jo Jeeta Wohi Sikandar” filmi olur. O dövrün Hind filmlərinin klişelərindən uzaq olan idmana aid bu film rekordları qırmasa da kiçik uğurlara imza atır. Bu filmdən sonra Aamir daha ciddi filmlərdə rol almağa başlayır.
90-cı illərdə uğur və uğursuzluq daima bir-birini əvəzləyir. Lakin, Aamir film sektorunda öz adından söz etdirməyi bacarır. Bir-birinin ardınca fərqli filmlərə dəvət alan aktyorun, ən yaxşı aktyor nominasiyasında mükafatlandırıldığı ilk film “Raja Hindustani” filmi olur. Aktyor bu filmdəki roluna görə Filmfarevə Screen mükafatlarını qazanır.

“1947 Earth” filmi Aamir üçün ən vacib filmlərdən biri olur. İlk dəfə beynəlxalq komanda ilə çalışan Aamir üçün bu filmdə səs-dodaq sinxronizasiyası edilri. Yəni dialoqlar yaddaşa alınır, lakin dublyajda isitfadə edilmir. Bu səbəbdən filmin çəkilişləri uzanır. Bu film eyni zamanda Aamirin Hindistan adına Oscarın mükafatlandırma mərasiminə qatıldığı ilk filmdir.

Hələ 45 yaşına yeni qədəm qoyan Aamir 2010-cuildə Yeni Dehlidə Padma Bush mükafatını qazanır. Son olaraq yazıçı, Aamirin bu qədər uğurunun altında yatan şeyin tutarlı, davamlı özünü inkişaf elətdirən, səmimi, düşünən bir aktyor olması ilə əlaqələndirir. Kitab, Aamir Khanın heyranları üçün olduqca məlumatlandırıcı xarakter daşıyır. “Əgər bir şeyləri dəyişdirmək istəyiriksə, hamımızın içinə dürüst bir şəkildə baxmağı, yanlış bildiyi şeyləri düzəltməsi üçün çalışması gərəkir. O zaman kütlə normalda böyük bir dəyişikliyə şahidlik edər.” – Aamir Khan.
nuray20
indir linki ni niye gore bilmirem axi... disappointed
  • 6 avqust 2017 12:48
  • Status: İstidafəçi xətdə deyil