KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Cek London AğDiş


Şeçilmişlər Cek London AğDiş

Cek London AğDiş PDF
ADI:
AğDiş
REYTİNQ:
  • +61
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
1.72 MB
Donmuş çayın hər iki sahili boyu qalın küknar meşəlikləri uzanırdı. Bir az əvvəl külək ağacların yarpaqlarındakı qarı çırpmışdı və indi onlar bir-birinə söykənərək ala-toranlıqda daha məsum görünürdülər. Ətrafı dərin sükut bürümüşdü. Heç bir həyat nişanəsi yox idi. Hava soyuq, şaxtalıydı və bu tənha səhralıqda hökm sürən sükutu kədərli adlandır­maq olmazdı. Ən dəhşətlisi bu idi ki, qulağa qaqqıltı səsi dəyirdi. Yaman qorxunc səs idi. Fərəhsiz səs elə bil qədim sfinkslərin şaqqanağına bən­zəyir, buz kimi adamı dondururdu. Dünyanın ətəyindən sallanmış köhnə, amiranə bir müdriklik hər şeyə rişxəndlə gülürdü; həyatın mənasız, mübarizənin faydasız olduğuna gülürdü. Bura kimsəsiz, tənha bir yer idi, qəlbi də, iliyi də donmuş uzaq şimal çölləriydi. Lakin belə şaxtalı, tənha çöllərdə də canlılar gözə dəyirdi. Minik itləri qoşulmuş kirşə buz bağlamış çayın üstüylə gedirdi. İtlərin pırtlaşıq tüklərini qırov basmışdı. Nəfəsləri buxarlanıb havada donur, sonra büllur dənəciklərə dönüb yerə tökülürdü. İtlərin boynuna dəri xaltalar keçirilmişdi, qoşquya bağlanmış qayışlarla onlar kirşəni dartırdılar. Tozağacının qalın qabıqlarından düzəldilmiş kirşə qarın içinə otururdu. Kirşənin qozlası yuxarı qalxaraq lüləni xatırladırdı. Bunu ona görə etmişdilər ki, o, qabağına çıxan yüngül qar təpəciklərini basıb əzsin. Kirşədə qayışlarla möhkəm bağlanmış uzunsov bir yeşik gözə dəyirdi. Orada pal-paltar, balta, qəhvədan, tava da vardı. Amma kirşənin yarıdan çox hissəsini tutan uzunsov yeşik nəzəri daha çox cəlb edirdi.
İtlərin qabağında xizəkli adam zorla addımlayırdı. Lap arxadan ikinci adam gedirdi. Üçüncü adam da vardı. Amma o, kirşənin içindəki həmin ensiz, uzunsov yeşikdə uzanmışdı və onun üçün dünyanın bütün məşəqqətləri birdəfəlik qurtarmışdı. Çünki şimalın tənha hikməti onu məğlub etmişdi. Elə əyib sındırmışdı ki, hərəkətsiz uzanmış, döyüşü mübarizəsiz dayandırmışdı. Soyuq şimal hərəkəti sevmir. O, həyatın əleyhinədir, çünki həyat hərəkət deməkdir. Hərəkət edən nə varsa tənha şimal onu dondurub məhv edir; dənizə axmaq istəyən suları dondurur, ağacların şirəsini qarsıdır. Tənha şimalın daha bir cəhəti var: insana qarşı amansızdır. Onun inadını daha qəzəblə sındırır. Çünki insan dünyanın ən yırtıcı məxluqudur! Çünki insan - bu ikiayaqlı məxluq həmişə şimalın iradəsi əleyhinə, onun “hər hansı bir hərəkət axır ki, donmalıdır!” hökmünə qarşı çıxır.
xədicə huseynova
xədicə huseynova
  • 0

salam bu kitab necə səhifəlikdir


  • 10 avqust 2023 21:49
  • Status: