KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Aqata Kristi – “Qara Qəhvə” əsəri ilə tanışlıq və qısa məzmunu


Şeçilmişlər Aqata Kristi – “Qara Qəhvə” əsəri ilə tanışlıq və qısa məzmunu

ADI:
Qara Qəhvə
REYTİNQ:
  • +43
MÜƏLLİF:
DİL:
FORMAT:
Niyə həmişə cinayətlərin günahkarları təxmin edilə bilməyəcək şəxslər olur? Ya da biz niyə insanları əminliklə cinayət işləyə bilməz kateqoriyasına aid edirik? Nə yaxşı ki, Erkül Puaro belə düşünmür. Təqaüdə çıxmağa qərar verdiyi sırada ona təklif olunan bu iş onun təqaüdə çıxmasını gecikdirir. Bu dəfə ona tapşırılan iş isə bir cinayət yerində olan və müharibənin taleyini dəyişə biləcək dərəcədə güclü olan bir partlayıcı formulu idi. Ser Claud Amory, cənab Puarodan, tapdığı formulu şəxsən özünün müəssisəyə götürməsini xahiş etmişdi. O zamana qədər onun qonağı olaraq, formula göz-qulaq olmasını istəmişdi. Çünki, yaşadığı evdən formulun oğurlanacağından şübhələnir və qorxurdu. Şübhələrində də sona kimi haqlı idi, lakin, artıq gec idi, formul oğurlanmışdı. Formulu oğurlayan şəxs isə qorxaraq Ser Claud Amoryni də öldürmüşdü. Hadisə artıq dəyərli bir xəzinəni qorumaqdan çıxıb cinayətə çevrilmişdi. Nə yaxşı ki, evin sadiq uşağı Puaronu dərhal hadisə yerinə dəvət etmiş, sonuncu da öz dostu Hastings ilə özünü hadisə yerinə çatdırmışdı. Hadisə yeri qonaq otağı idi və cinayət zəhər ilə törədilmişdi. Ser Claud Amorynin həyat yoldaşı, xanım Amory, evin gəlini və gözəllər-gözəli Lucia, evin oğlu Richard, qohumları Barbara, Ser Claud Amorynin katibəsi Raynor və o gecənin qonağı Dr.Carellinin də olduğu bu otaqda, Ser Claud Amory, formulun oğurlandığını və hər kim oğurlayıbsa işığın söndürülməsindən sonra yerinə qoymasını istəmişdi. İşıqlar qapadıldığında fısıldaşmalar və səslər otağı doldursa da, işıq yenidən yandırıldığında artıq Ser Claud dünyasını dəyişmişdi. Evdə hamının sirləri var idi. Ser Claud Amory əcəlindən deyil, zəhərləndirildiyindən ölmüşdü. Bəs onu kim zəhərləmişdi? Lucianın bir qəhvə fincanına zəhər tökdüyü iddia olunurdu. Amma o zəhəri fincana intihar etmək üçün tökmüşdü. Bu fincanı Ser Claud Amorynin içə biləcəyini təxmin edə bilməmişdi Onsuz da qatil o deyildi. Həm də, Erkül Puaronun da təcrübəsi ona Lucianın qatil olmadığını söyləyirdi. Şübhəli sayı getdikcə azalırdı. Xanım Amorynin verdiyi ipucları isə heç bir işə yaramırdı. Evdə qəbul olunan çölə çıxma qadağasına görə qatil də, oğru da evin içindən heç yerə gedə bilməzdi. Qaranlıq bir dəqiqədə nələr ola biləcəyini sürətli olaraq teatr kimi təsəvvüründə canlandıran Erkül Puaro, formulu tapmışdı, amma formulu qorumaq yerinə onu tapdığını bildirməmiş və köhnə yerinə qoyaraq, qatilin özünü ələ verməsini gözləmişdi. Ki, qatil də özünü ələ verdi. Hər şey artıq məlum idi. Puaro yenə də öz işini qüsursuz bir şəkildə görmüşdü. Amma qatil bu dəfə də Puaronu zəhərləmişdi. Kimsə həqiqəti öyrənməmiş, Puaro öləcək kimi görünürdü. Puaro doğurdan da öləcəkdimi yoxsa bu da bir oyun idi? “Qara Qəhvə“ kitabı çox qısa bir əsərdir. Bir dəfəyə oxunub bitirilə bilinəcək bir əsərdir. Dedektiv sevən oxucuların əvəzolunmaz müəllifi olan Aqata Kristi, qarmaqarışıq bir süjet xətti ilə heç bir zaman oxucu auditoriyasıının qarşısına çıxmamışdır. ”Qara Qəhvə“ əsərinin də süjet xətti pis deyildi, lakin qatil sıradan biri idi. Dedektiv əsərlərə xas olan və son dərəcə öyrəşdiyimiz adi bir haldır. Erkül Puaro obrazı isə sadəcə bir dahidir. Elə isə bu dahini daha yaxından tanımanız üçün sizi əsərlə baş-başa buraxıram. Xoş mütaliələr.
Yalquzaq97
Nə vaxt yüklənəcək bura? Tez yüklənsəydi oxuyardım.:)
  • 17 avqust 2018 22:06
  • Status: