Anarxist fikirləri və məqalələri ilə bütün düyada tanınan məşhur “Qırmızı Emma” ləqəbli Emma Goldman, 1869-cu ildə Litvanın (Rusiyanın tərkibində olduğu dövrdə) Kaunas şəhərində yəhudi ailəsində dünyaya göz açmışdır. 17 yaşında bacısı ilə bir yerdə ABŞ-a köçən Emma ölkədəki hadisələrdən ilhamlanaraq anarxizm haqqında çoxlu məqalələr yazmışdır. 1917-ci ildə Emma və həyat yoldaşı Aleksandr Berkman həbs olunduqdan sonra Rusiyaya deportasiya olunmuşdular. Emma Goldman 14 may 1940-ci il tarixində - 70 yaşında Kanadanın Toronto şəhərində dünyasını dəyişmişdir.
Anarxizm və digər əsərlər: Bəşəriyyətimizin inkişafının və tərəqqisinin tarixi, eyni zamanda yeni bir dövrün başlanğıcını özündə əks etdirən ideyaların mübarizə tarixidir. Adət-ənənələrin sərhəddini aşa bilməyən köhnə, yeninin yaranmasının qarşısını almaq üçün ən qəddar və ağıla sığmayan üsullardan istifadə etməkdə heç vaxt tərəddüd etməmişdir. Hər bir inkişafda olan ideyanın üzləşdiyi çətinliyin və tənqidlərin dərəcəsini görmək üçün heç də uzaq keçmişə qayıtmaq lazım deyil. Edamlar, həbslər və sürgünlər hələ də bizimlədir. Bu siyahıya sosial nifrəti və ittiham olunanlara qarşı göstərilən münasibəti də əlavə etmək olar. Anarxizm də bu ideyaların məruz qaldığı çətinliklərdən sığortalana bilmiş deyil. Həqiqətən də ən tərəqqi və barışmaz vasitə olan Anarxizm, yenidən formalaşdırmaq istədiyi cəmiyyətin etinasızlığı və qəzəbi ilə üzləşmək məcburiyyətindədir. Anarxizmə qarşı olan düşmənçilik iki əsas bünövrə üzərində qurulmuşdur. Anarxizmi təndiq edənlərin irəli sürdüyü birinci arqument ondan ibarətdir ki, o praktiki deyil, gözəl ideya olsa da, digər tərəfdən anarxizm, özü ilə şiddət və dağıntılar gətirir. Oskar Uayld vaxtilə demişdi ki, tətbiq oluna bilən sistem ya hal-hazırda mövcud olan, ya da mövcud şərtlər altında reallaşdırıla bilən sistemdir. Buna baxmayaraq, islahatların tərəfdarı olanların etiraz etdiyi məsələ də hal-hazırda mövcud olan şərtlərdir. Bu səbəblə də praktiki olmağın əsas kriteriyası mövcud olanı qoruyub saxlamaq bacarığı yox, mövcud olanın yaratdığı mənfi təsirləri yoxa çıxarmaqla yeni bir həyat, yeni bir sistem yaratmaq bacarığıdır. Əgər bu konspesiyanı anarxizmə tətbiq edə bilsək onun həqiqətən də praktiki olduğunun şahidi ola bilərik. Şiddət və dağıntı. Axı insanlar niyə başa düşə bilmir ki, cəmiyyətdə ən şiddətli element anarxizmin müharibə elan elədiyi etinasızlıq və onun dağıdıcı qüvvəsidir. Anarxizm torpağı kollardan və zəhərli həşəratlardan təmizləməklə onu öz təbii halına geri gətriməyə imkan yaradır. Anarxizm hər bir insanı düşünməyə, araşdırmağa və təhlil etməyə vadar edir. Yuxarıda qeyd olunanlardan belə bir nəticə çıxarmaq olar ki, Anarxizm insan tərəfindən yaradılmış qanunlarla məhdudlaşdırılmayan və azadlığa söykənən yeni sosial nizamın fəlsəfəsidir və o, iddia edir ki, bütün hakimiyyətlər şiddətə əsaslanaraq özü ilə zərər və dağıntılar gətirir. Bu səbəblə də onların saxlanılmasına heç bir lüzum yoxdur. Anarxizm insana öz şüurunu geri verən yeganə fəlsəfədir. O, iddia edir ki, Allah, Dövlət və Cəmiyyət mövcud deyil, onların vədləri boş və əhəmiyyətsizdir çünki onlar yalnız insan tabe etdirilməsi ilə reallaşdırıla bilər. Anarxizm, insanın təbiətdə deyil məhz özündə həyatın bütövlüyünün tərəfdarıdır. Fərdi intistiktlərlə sosial instiktlər arasında heç bir münaqişə yoxdur. Fərd cəmiyyətin ünsürüdür və o sosial həyatın mahiyyətini qoruyub saxlayır. Cəmiyyət isə insanın ağ ciyəridir və o həyatın mahiyyətini (fərdi, təmiz və güclü) qoruyub saxlamaq üçün vacib olan elementləri təmin edir. Anarxizm, insanı uzun illər əsir saxlayan kabuslardan azad edərək ona öz həyatını yenidən geriyə qaytarmağa şərait yaradan fərdi və sosial harmoniyanın iki ən vacib ünsürü arasında arbitraj və vasitəçi rolunu oynayır. Buna nail olmaq üçün Anarxizm uzun müddət ərzində fərdi və sosial instiktlərin harmoniyasını pozmağa çalışan zərərli təsirlərə qarşı müharibə elan etmişdir.
İnsan fikrinin dominantı olan din, insan ehtiyacının dominantı olan mülkiyyət və insan davranışın dominantı olan hakimiyyət, insanın qula çevrilməsinin və ondan irəli gələn bütün dəhşətlərin vacib elementləridir. Dinin insanın azad düşünmə bacarığını məhdudlaşdırıb, onu qula çevirdiyi kimi, mülkiyyət də insanların bir-birinə qarşı düşmən olmasına və ədalətsiz bölgüyə yol açır. Hakimiyyətin əsas mahiyyəti isə mülkiyyəti və ictimai davranışı qorumaq, cinayətlərə qarşı mübarizə aparmaq adı altında insanların ictimai və fərdi davranışlarına nəzarət etməkdir. Anarxizm bütün bunlarla mübarizəni öz qarşısına məqsəd qoymuşdur və o həqiqi sosial sərvətinin yaradılması məqsədi ilə bir araya gələn fərdlərin qruplaşmasına əsaslanan yeni sosial nizam yaratmağa çalışır. Bu ideya hər hansı bir utopik nəzəriyyə və yaxud insan şüürunun məntiqsizliyi deyil, bu ideya müasir cəmiyyətin tendesiyaları olan iqtisadi bərabərlik və fərdi azadlığın dərin və hərtərəfli təhlilindən sonra ortalığa çıxarılan nəticədir.