KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Hermann Hesse – “Yalquzaq” əsəri ilə tanışlıq və qısa məzmunu


Şeçilmişlər Hermann Hesse – “Yalquzaq” əsəri ilə tanışlıq və qısa məzmunu

ADI:
Yalquzaq
REYTİNQ:
  • +11
MÜƏLLİF:
DİL:
FORMAT:
Almaniyalı yazıçı Herman Hessenin 1927-ci ildə çap olunan “Yalquzaq“ (alm. Der Steppenwolf) əsəri ilə bütün ədəbiyyat sevərlərin diqqətini öz yaradıcılığına çəkməyi bacarmışdı. Hesse, kütlədə yaşamağın, mövcud bir  kütlənin adətən dişli bir parçasına çevrilməyin və eyni zamanda bu həyat normalarına tabe olmağın və olmamağın bəlli bir məsuliyyət olduğu həqiqətini romanın baş qəhrəmanı Harry Haller obrazı ilə çox gözəl bir şəkildə ifadə etmişdir. Kitaba aid olan digər bir cəət isə onun adıdır.Hessenin əsərə ”Yalquzaq” adını, ikili xarakteri, iki şəxsiyyəti, iki fenomenin dialektliyini və eyni zamanda bu ikili şəxsiyyət içərisində bir təkliyi ifadə etmək məqsədi ilə seçmişdir.

Bir yandan normal bir insana dair davranışların əks olunduğu əsərdə, digər bir yandan da bu normal insanın ikinci bir şəxsiyyətinin davranışları gözümüzün önündə canlanır. Antagonist bir süjet xəttinə malik olan əsərin maddi bünövrəsini və ana mövzusunu formalaşdıran əslində bir aforizmdir. Harry Haller obrazını başa salan tək kəlmə də budur: Antagonist. İki şəxsiyyət, iki mədəniyyət, iki varlıq. Yazıçının bu seçimi romanın baş qəhrəmanı – Harry Haller sahib olduğu xarakteri qabarıq bir şəkildə oxucuya çatdırmaq istəyidir. Başqa sözlə müəllif, əsərin əvvəlindən oxuyucuya bütöv və dərin bir yol cızır. ”Yalquzaq” sadəcə baş qəhrəmanın deyil, eyni zamanda da ciddi bir toplumdan və bu toplumun birliyindən bəhs olunan diqqətə layiq bir əsərdir.

Kitab, modernizmin insanlara aşıladığı homogenliyi, tək bir həqiqətin varlığını və bütöv digər standartları əlinin tərsi ilə itələyərək, post-modernizmin qapılarını üzümüzə açır. Müəllif, homogenliyin yerinə heterogenliyi, tək bir gerçəklik qarşısında müxtəlif rəyləri, standartlar yerinə olduqca fərqliləşməyi, bütövlük əvəzinə parçalanmağı gözə alaraq oxuyucuya post-modernist bir əsər təqdim etmişdir.
Modern insan, nə də olsa artıq bədbəxt birinsandır və hər yerdə və hər şəkildə ayrı-ayrı zəncirlərə vurulmuşdur. Bəlkə də bəlli dövrlərdə və bəlli ölkələrdə əsərin qadağan olunmasının, ya da ən azından sıxışdırılmasının səbəbi özündə daşıdığı mənadır.
İngilis mütəfəkkir Con Lokun “boş lövhə“ (digər mənası ilə Ağ Kağız) adlandırdığı insan beyninin, doğuşdan boş olduğunu, ancaq daha sonra zamanla və mühitin təsiri ilə bu lövhənin doldurulması iddiasını, başa düşdüyümüz qədər Hesse də öz əsərində oxuculara aşılayır. Kitabla bağlı qəribə olan başqa bir fərqlilik isə, müəllifin, çox yerdə baş qəhrəmanı özünə bənzətməsidir. Bu bənzərliyin də təbii bir nəticəsi olaraq baş obrazın ad və soyadının baş hərfləri, müəllifin ad və soyadının baş hərfləri ilə üst-üstə düşür.
Əsər çap olunduğu dövrdən bu yana hər zaman oxuculara fərqli bir təsir bağışlayaraq, onların yaddaşlarında silinməz və dərin izlər buraxmışdır. Bu təsir və izlərdən yola çıxaraq bildiklərini sorğulamağa başlayan və bəlkə də həqiqi olanla həqiqi olmayanın ayırımını çox gözəl bir şəkildə aparmış oxucular mütləq ki, mövcuddur.
Kütlə və insani davranışlara fərqli bir pəncərə açan Herman Hessenin yaradıcılığının bu zirvəsi mütləq şəkildə oxunması ən vacib əsərlərdən biridir.
 
Herman Hessenin bu əsərinin, Ceyms Coysun “Ulysses” əsərindən heç də geri qalmadığını deməyimə ehtiyac yoxdur. ”Yalquzaq“ oxumağın nə demək olduğunu uzun bir zamandan sonra ilk dəfə mənə xatırlatdı.” – Thomas Mann

Hermann Hesse – “Yalquzaq” əsərinin Azərbaycan dilində PDF formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilərlər.
https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/101-herman-hesse-yalquzaq.html