“Madam Bovari” (fr.Madam Bovary ) əsəri, fransız yazıçı Qustav Floberin (Gustave Flaubert ) şah əsərlərindən biridir. Dünya ədəbiyyatında Romantizm janrından Realizm janrına keçid edən əsərləri ilə yadda qalan müəllif, hüquq təhsilini yarıda buraxdıqdan sonra həyatının geridə qalan hissəsini Fransanını Croisset qəsəbəsində yalnız bir şəkildə yazı yazaraq keçirmişdir. Kiçik yaşlarından etibarən sinir xəstəliyi olan yazıçı, bu səbəblə də evlənməmiş, yalnız yaşamağı seçmişdi. Fransa və Prussia arasındaki müharibə onun ruhi vəziyyətini daha da pisləşdirmiş və 1880-ci ildə iflic keçirən qələm sahibi həyatını itirmişdir. (1821-1880) “Madam Bovari”, oxucular tərəfindən çox oxunan Qərb Ədəbiyyatının ən yaxşı klassiklərindən biridir. Əsər, romantik, xəyalpərəst, məntiqdən çox hissləri ilə hərəkət edən bir qadının həyat hekayəsini özündə əks etdirir. Psixoloji dərinlik, təsvir və realist yanaşmaları və süjet xətti ilə diqqətləri öz üzərinə çəkən əsər, dünya ədəbiyyatının inciləri sırasında özünə yer etməyi bacarmışdır.
Madam Bovari: XIX əsrin ikinci yarısı. Charles Bovari (Madam Bovarinin həyat yoldaşı) Rouendə təhsil almaqdadır. Məktəbini ailəsinin köməkliyi ilə bitirən Charles, həkim peşəsinə yiyələnərək Tortes adlı kiçik bir qəsəbədə işləməyə başlayır. Carles əlindəki kiçik şeylərlə xoşbəxt olan bir insandır, yəni hirsli və idealist xarakterli biri deyil. Anası, daima onun uğurlu olması üçün çalışar və əziyyət çəkərdi. Dul arvadı ilə xoşbəxt olmasa da Charles, yenə də həyatını onunla davam etdirirdi.
Həkim olduğu üçün qəsəbədə hamı ilə ünsiyyətdə quran Charles, qəsəbədən Rouault adlı biri ilə dost olaraq evlərinə gedib-gəlməyə başlayır. Bu zamanlarda Carlesin həyat yoldaşı dünyasını dəyişir. Bir müddət keçdikdən sonra Rouaultun qızı Emma (Madam Emma Bovari) ilə evlənən Charles, sakit və hüzurlu bir həyat arzulayır.
Emma isə romantik gənc bir qızdır. Evlilikdən gözləntiləri Charlesin gözləntilərindən daha fərqlidir. Davamlı olaraq romantik eşq hekayələri və romanları oxuyan Emma, onların təsiri altına düşərək, hərəkətli, həyəcanlı, dərin, hisslərə söykənən bir münasibət arzulamaqdadır. Lakin evlilik həyatı gözlədiyi kimi irəliləməyən Emma, zamanla həyatının monoton və cansıxıcı olması ilə gileylənir. Bir gün evlərinə qonaq gələn Marquis d’Andervilliers, Emmaya Parisin lüks həyatından, ixtişaşlarından və əyləncələrindən bəhs edir.
Həmin gündən sonra, Emma Bovari bədbəxt olmasına görə kədərlənməyə başlayır. Xəyalındaki həyatı gerçəkləşdirməyə maddi gücü olmadığı üçün cəhdləri uğursuzluqla nəticələnir. Hamilə olmasına baxmayaraq bu bədbəxtlik ona çox təsir edərək uzunmüddətli bir xəstəlik keçirməsinə səbəb olur. Onun istəklərini başa düşə bilməyən Charles, Emmanın sağlamlığı üçün başqa bir yerə, Yonvillel Abbayevə köçür. Burada bir çox yeni şəxslər tanımaq Emmaya daha yaxşı təsir edir. Əczaçı Homais və Leon tez-tez görüşdükləri şəxslərdir. Emma ilə Leon arasında duyğusal bir yaxınlıq baş verir. Leon, Emmaya Charlesdəndaha anlayışlı davranır. Emma zehnindəki eşq xəyallarını bu münasibətə yükləyir. Halbuki aralarında çox da ciddi münasibət mövcud deyil. Bir müddət sonra Leon Emmanını həssaslığından və xəyallarından bezərək qəsəbəni tərk edir.
Emmanın ümidləri puç olsa da, hələdə xəyal etdiyi əyatı arzulamaqdadır. Bir müddət sonnra qəsəbənin öndə gedən fermerlərindən olan Rodolphe ilə tanışırlar. Rodolpe məhəbbəti duyğusal mənada qəbul etməyəcək dərəcədə bəsit və zövqpərəst bir insandır. Zaman keçdikcə Emmadan istifadə etməyə başlayır. Əlbəttə ki, Emmanı sevməyən Rodolphe, onu arzuları alət etmişdi. Lakin Emma xəyalındaki münasibəti tapdığını zənn edərək həyat yoldaşını aldadır. Rodolpe isə sadəcə yaxşı vaxt keçirdiyinə görə xoşbəxtdir.
Emma hər keçən gün müflisləşir. Charlesdən xəbərsiz alış-verişlər etdiyindən borclanmağa məcbur olur. Həyat yoldaşını da öz ehtirasları üçün alət edir. Onun düzdaban olan birisini əməliyyat etməsini istəyir. Əgər əməliyyat uğurla başa çatsa Charles məşhur bir həkim kimi ad çıxaracaqdı. Halbuki əməliyyat çox uğursuz nəticələnir. Bu səbəbdən də xəstənin ayağının kəsilməsi gərəkir. Böyük bir uğursuzluğa düçar olan Carles, başını evdən çölə çıxarmağa utanır. Emma, peşəsində uğursuz olan Charlesə daha çox nifrət etməyə başlayır. Buna görə də Rodolphe ilə qaçmağa qərar verir. Rodolpe isə ona bir məktub yazaraq artıq münasibətlərinin başa çatdığını bildirir. Bundan sonra Emma xəstələnərək aylarla yataqda yatır. Sağalan zaman isə hüzurlu və sakit bir həyat tərzi arzulayaraq, dinə üz tutur. Lakin bu da çox uzun davam etmir. Leon yenidən qarşısına çıxınca arzuları yenidən onu təsirinə alır. Lakin Leonun xarakteri çox dəyişmişdir. Münasibətləri maddi olaraq davam edir. Həftədə bir gün Leonla görüşən Emmanın borcları getdikcə daha da artır. Lakin Charles hələ də hər şeydən xəbərsizdir. Leon Emma ilə olan münasibətin onun kariyerasına mənfi təsir edəcəyini düşünərək Emmanı ikinci dəfə tərk edir.
Emma, həm məhəbbətdən gözlədiyi nəticələri əldə edə bilməməsinə görə, həm də borcu çox olduğundan çıxılmaz bir vəziyyətdə qalır. Bir gün içində 320 frank borcu geri qaytarmaq məcburiyyətindədir. Sevgililərindən borc istəsə də, ala bilməyəndə həyatı alt-üst olur. Hormaisin əczaxanasına gedən Emma, Arsenik bir zəhər alaraq onu qəbul edir və Charlesin yanında çırpına-çırpına can verir və dünyasını dəyişir.
Arvadını çox sevən Charles, onun ölümündən sonra dayana bilmir. Özünə gələndə evi yığışdırmağa başlayır və bu zaman Emmaya sevgililərindən gələn məktubları görür. Emmanın onu illərcə aldatdığını başa düşür. Qısa bir müddətdən sonra o da dünyasını dəyişir. Uşaqları Berthe qohumları tərəfindən böyüdülür.
Qustav Flober - "Madam Bovari" əsrinin Türk dilində EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.
https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1499-gustave-flaubert-madame-bovary.html