Qriqori Petrovun müəllifi olduğu “Bəyaz Zambaqlar Ölkəsində“ oxuduqca ölkəmizi, özümüzü, həyat tərzimizi sorğulamağımıza zəmin yaradan bir əsərdir. Türk dühası Mustafa Kemal Atatürk də öz davamçılarına bu əsəri mütləq şəkildə oxumağı tövsiyyə etmişdi.
Bəyaz zambaqlar ölkəsi göllər, bataqlıqlar və qayalıqlar ölkəsi olaraq adlandırılan Finlandiyanın bütün xalqının – şəhərlisindən kəndlisinə, əsgərindən nazirinə, din adamlarından müəllimlərə qədər hamının birləşərək ölkəni dirçəltməsindən bəhs olunur. Qriqori Petrov, bu əsəri baş qəhrəman Snelmanın dilindən qələmə alınmış bir neçə fəsildən ibarətdir.
Finlandiyalılar (Qısaca olaraq finlər) 1811-ci ilə qədər İsveçin hakimiyyəti altında idilər. Bütün iqtidar ticarət və sənət, məktəblər, hətta kilsələr belə isveçlilərin əlində cəmləşmişdi. İdarəedici və təhsil sahəsində vəzifəli olan hər kəs – müəllimlər, həkimlər, əsgərlər, polislər isveçli idi. Bu insanlar Finlandiyaya və fin xalqına tamamilə üstdən aşağı doğru baxırdılar. Bu vəziyyət fin xalqının mədəni inkişafına da maneə törədirdi. XIX əsrin sonlarına qədər mədəniyyətin formalaşması sadəcə olaraq oxumaq və yazmaq bacarıqları ilə sərhədlənmişdi. Lakin Rusiya, 1808-ci ildə Finlandiyanın yarısını öz tabeliyinə keçirdi və Rus Çarı, xalqın əvvəllər mövcud olan bütün haqlarının qalacağına söz verdi. Bu hadisə ilə bir yerdə fin xalqı öz mədəniyyətlərini inkişaf etdirmək şansı əldə etmiş oldular. Fin mədəniyyətini formalaşdırmaq üçün öndərlik vəzifəsini Johan Wilhelm Snelman öz üzərinə götürdü.
Snelman, yeni nəsil fin dühalarının ən parlaq üzvlərindən biri idi. O, Finlandiyanın yenidən formalaşdırılması üçün səfərbərlik elan etmişdi. Snelman bu vəzifəyə ilk olaraq xalqla ünsiyyət quraraq başladı. Onun ən böyük vəzifələrindən biri kütlənin alt sinfinin daha yaxşı bir həyat qurmalarına kömək etmək üçün onlara təhsil vermək idi. Sırada isə müəllimlər var idi. Yay boyu konfranslar və mərasimlər təşkil edən Snelman, müəllimlərə öz işlərini yaxşı görmələri barədə nisətlər verirdi.
O, din adamlarını da bu hədəfə doğru gedən yolda ən vacib insanlar hesab edirdi. Dinsizliyin, xalqın sahib olduğu bütün müqəddəs dəyərlərin ölməsinə zəmin yaradacağını düşünür, bu mənəviyyat ruhunun ölməməsi və insanların ümidlərini itirməmələri üçün din adamlarının üzərinə çox böyük bir yük düşdüyünü çox gözəl başa düşürdü. Din adamları uşaqları və gəncləri bir araya gətirərək, onlara təsir etməyə və inanc aşılamağa çalışdılar. Lakin bütüb bunları edərkən də zəkanı, elmi və həyatın zövqlərini onların gözündə kiçiltmədilər.
İdarəetmə işləri ilə bağlı Finlandiya və Rusiya arasında 1816-cı ildə yeni müqavilə imzalandı. Beləcə artıq parlament yenidən fəaliyyətə başladı. Finlandiyanın hər nöqtəsindən dövlət işində işləyən insanlar paytaxt Helsinkiyə axın etdilər. Isveçli dövlət məmurların yerinə artıq Finlandiyalı məmurlar keçmiş oldu. Snelman məmurlara müraciət edərək: Vətəndaşlarımızı, qanunlara qarşı hörmətli və dərin ədalət hissinə sahib biriləri olaraq formalaşması üçün bizə köməkçi olun.
Ən böyük dəyişikliklərdən biri isə orduda oldu. İsveçlilərin dövründən ordudaki əsgərlər içki içər qumar oynayarlardı. Xalqla bağlı olan heç bir mövzu ilə maraqlanmaz və pis rəftarlarlar edərdilər. Snelman və dostları bu mövzu ilə bağlı bir yenilik etdilər. Əsgərlərə konfranlsar verərək əsgəri təhsilin vacibliyindən bəhs etdilər. Artıq bütün ailələr oğullarının əsgərə gedərək yaxşı tərbiyə almasını istəyirdi. Çünki ordu sıralarında hər bir fərdin, elmdən mədəniyyətə qədər sahib olması vacib olan bütün xarakterlər mənimsədilir və əsgərlər lazımi şəkildə təhsilləndirilirdi.
Bu və bunun kimi bir çox xüsusiyyətlərin dəyişməyi və inkişaf etməsi bu kiçik ölkə adına çox böyük addımların atılmasına səbəb oldu. Alt təbəqədən üst təbəqəyə qədər bütün insanlar çox işlədi. Bataqlıqlar və qayalıqlar ölkəsi olaraq adlandırılan Finlandiyada insanlar qayalıqları üzərinə münbit torpaqlar səpdilər və oraları şumlamağa başladılar. Yeni məhsullar istehsal etməyə başladılar. Yeni məktəblər açıldı və insanlar oxumağa başladılar. Bu və bunun kimi bir çox qərarlar nəticəsində bu gün Finlandiya rifah dolu bir ölkəyə çevrilmiş. Bu gün fin xalqı yüksək təhsil səviyyəli ölkələr sıralamasında öz yerini qoruyub saxlamağı bacarmışdır.
Rifah dolu bir ölkədə və yüksək təhsilli bir xalqın arasında yaşamaq istəyiriksə məncə hər şeyə məhz bu əsəri oxumaqla başlamalıyıq.
Qriqori Petrov - "Bəyaz Zamqaqlar Ölkəsində" əsərini Türk dilimdə PDF formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yekləyə bilər.
https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/523-grigory-petrov-beyaz-zambaklar-ulkesinde.html
https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/523-grigory-petrov-beyaz-zambaklar-ulkesinde.html