“Səs-Küy və Qəzəb”, amerikalı yazıçı və Nobel Mükafatı Laureatı olan Uilyam Folknerin yaradıcılığının ən diqqətəlayiq əsərlərindən biridir. Şüuraltından keçən fikirlər şəklində qələmə alınan əsər, dörd hissədən ibarətdir. İlk hissə 1928-ci ildə Benjy obrazının zehni vasitəsi ilə baş verən hadisələrin əks olunmasından, ikinci hissə, 1910-cu ildə Quanten obrazının intiharı əsnasında yaşadıqlarının onun zehnində yansımasından, üçüncü hissə, 1928-ci ildə baş verən hadisələrin Jasonun beynində yansımasından, nəhayət dördüncü hissə isə, 1928-ci ildə Pasxada baş vermiş hadisələrin müəllifin beynində yansımasından ibarətdir.
Benjy. 7 aprel 1928.
Benjy ad günündə baxıcısı Lusterlə golf oyununu seyr etməkdədir. Birdən Benjy, bacısı Caddyni xatırlayır. Luster də şənlik üçün gərəkli məbləğ olan 25 sentini itirmiş vəziyyətdə pulunu axtarır. Bu səbəbdən də Benjyni yalnız buraxır. Bu zaman Benjy, Miss Quantenin şənliyin dəllalı ilə öpüşdüyünə şahidlik edir. Luster pulunu tapa bilmədiyindən evə qayıtmağa məcbur olurlar. Benjynin ad günü tortu mətbəxdədir. Luster, xidmətçi Dilsey getdikdən sonra Benjyni hirsləndirərək Benjynin əlinin sobada yanmasına səbəb olur.
Bunu görən Dilsey, Benjynin əlinə məlhəm sürtür. Luster yemək vaxtı Benjynin qardaşı Jasondan pul istəsə də, Jason ona pul vermək istəmir. Miss Quanten ilə Jason mübahisə etməyə başlayır. Hamı yatan zaman Benjyni yatmağa aparan Luster, Miss Quantenin pəncərədən tullanaraq qaçdığını görür.
Keçmiş zaman – 1988. Hələ kiçk olan uşaqlar bağçada oyun oynamaqdadırlar. Caddy, bir ağaca çıxaraq evdəkilərin nə etdiklərini görməyə çalışır. Evdə böyük bir insan kütləsi vardır və sakitlik hökm sürür. Caddy, evdəkilərin əylənmək üçün toplaşdığını düşünür. Halbuki nənəsi dünyasını dəyişmişdir.
Benjy, bacısı Caddyni çox sevir və onun yanında özünü yaxşı hiss edir. Bəzi hissləri çox qüvvətli olan Benjy, Canddynin yağış kimi qoxuduğunu düşünür. Jason isə onun kağız oyuncaqlarını kəsməklə məşğuldur.
Caddy on dörd yaşına gələn zaman makiyajdan istifadə etməyə başlayır. Oğlan dostları ilə daha yaxın münasibətdə olmağa başlayır. Benjy, bütün məsumluğu ilə bu vəziyyətə nifrət edir. Caddynin zamanla saflığını itirdiyini görən Benjy ağlayır. Caddy evdən həyat yoldaşı ilə ayrılan zaman çox kədərlənir. Bir aydan sonra Harvard Universitetində oxuyan Quanten vəfat edir. Benjy qardaşını çox sevdiyi üçün bu xəbəri ona demirlər. İki il sonra isə atası dünyasını dəyişir. Cənazə günü anası ilə məzarlığa gedir. Jason isə onlara qatılmaqdan imtina edir.
Quanten. 2 aprel 1910.
İndiki zaman.
Quanten yuxudan səhər tezdən oyanaraq davamlı olaraq satin tik-taklarını dinləyir. Saatın şüşəsini qıraraq, zaman qavramını düşünməyə başlayır. Kilsəyə getməmək üçün çox yavaş hərəkət edir. Üzünü təmizləyib, təmiz paltarlar geyinərək çölə çıxır. Yolda irəliləyən zaman saatların zamanı düz göstərmədiyini düşünür. Bir dükandan üç dəmir ütü alaraq körpünün altında gizlədir. Körpüdən aralandıqdan sonra isə özünə yeməyə bir şeylər aldığı zaman kiçik bir qız uşağına rast gəlir və ona də dondurma alır. Uşaq davamlı olaraq onu izləməyə başlayır. Kiçik qızın fürsətçi ağabəyi Quanteni qızı kirlətməkdə günahlandırmaqla məkəməyə verir. Quanten məhkəmədən azad olunandan sonra evə qayıdaraq paltarına düşən ləkəni təmizləməyə çalışır. Sonra dostu Shereyə bir məktub yazmağa başlayır. Davamlı olaraq beynini məşğul edən və sirrini tapa bilmədiyi saatını da məktubla bir yerdə ona göndərərək intihar etmək üçün otaqdan çıxır.
Keçmiş Zaman
Quanten də Benjynin xatırladıqları şeyləri xatırlayır. Quantenin zehnində bacısı Caddynin bir oğlan ilə olan macərası dərin bir iz buraxmışdı. Oğlan Caddyni öpmüşdü. Quanten bacısının üzünü otla silməyə çalışır. Lakin, bacısı Quantenin də belə bir şey etdiyini xatırladaraq onu hirsləndirməyə başlayır. Mübahisə etməyə başlayırlar.
Quanten bundan başqa Cadyynin Dalton tərəfindən cinsi istismara məruz qalmasını xatırlayır. Həmin gün Benjy, Caddydə kirli bir qoxu hiss edərək diksindiyini büruzə verir. Quanten Daltonu öldürmək qərarına gəlir. Tapanca ilə ona atəş açmaq istəyərkən birdən özündən gedir. Atəşdən sonra güllə boşa çıxınca Cadyy onların yanınaq qaçır və Daltonu oradan uzaqlaşdırır. Bütün bu hadisələri öyrənən xanım Compson, qızını başqa biri ilə Herbertlə evləndirməyə qərar verir. Quanten toydan əvvəl Herbert ilə tanış olur, lakin onu heç bəyənmir. Quanten, Herbertin adının pisə çıxması barədə məlumatlı idi və bacısını onunla evlənməmək üçün xəbərdar edir. Caddy isə ona çox hirslənir.
Jason. 6 aprel 1928.
Jason ailədə sözü keçən övladdır. Lakin o sadəcə pulu düşünən məsuliyyətsiz bir insandır. Caddydən davamlı olaraq pul almaqdadır. Amma Caddy tərk edilən zaman artıq ona pul gəlməməyə başlayır Jason daha sonra Caddynin illər əvvəl qızı Quanten üçün ayırdığı pul çekini oğurlayır. Lakin tək bununla kifayətlənmir. Anasının onun üçün ayırdığı dükanın da hissələrini sataraq özünə maşın alır. Dəyişik işlərə baş vursa da, hamısı uğursuzluqla nəticələnir. Quantenin özbaşınalığı onu çox rahatsız etdiyi üçün, onu sevgilisi ilə bir yerdə tutmağa çalışır. Bundan başqa Jason, Lusteri də hirsləndirmək üçün şənlik üçün olan biletləri yandırır.
Pasxa, 8 aprel 1928.
Dilsey ailəni ayaqda saxlayan şəxsdir. Kilsədən evə qayıdarkən evin içindəki xaosa şahidlik edir və ailəsinin sonunun gəldiyini düşünür. Onun fikirlərinin doğruluğunu göstərən bir hadisə baş verir. Quanten, anasından qalan miras pulu da götürərək evdən qaçmağı bacarmışdır. Jason, onu tutmaq üçün Quantenin şənlikdə görüdüyü sevgilisini axtarmağa qərar verir. Şənlikdə adamla dalaşaraq yaralanır və Quanteni axtarmaqdan əl çəkir.
Əsərin sonunda Benjy ilə faytonda gəzən Luster, birdən atları daha da sürətləndirir. Benjy çox qorxmağa başlaıyr. Onların qarşısına çıxan Jason, Lusterə sillə vurur. Benjy isə əlində sapı qırılmış nərgiz gülünə baxmağa başlayır.
Uilyam Folkner - “Səs-Küy və Qəzəb” əsərin Türk dilində EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.
https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1741-william-faulkner-ses-ve-ofke.html
https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1741-william-faulkner-ses-ve-ofke.html