KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Sabahattin Ali – “Xəz Paltolu Madonna” əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər Sabahattin Ali – “Xəz Paltolu Madonna” əsəri ilə tanışlıq və məzmunu

ADI:
Xəz Paltolu Madonna
REYTİNQ:
  • +65
MÜƏLLİF:
DİL:
FORMAT:
Xəz Paltolu Madonna”, türk ədəbiyyatının ən öndə gedən yazarlarından biri olan Sabahattin Alinin oxucular tərəfindən ən çox bəyənilən əsəridir. Müəllif əsərin baş qəhrəmanı olan Raifin daxili səyahətini eşq ilə bürüyərək oxucuya təqdim etmişdir. Oxunduğu zaman uzun müddətli təsir buraxan əsər olan “Xəz Paltolu Madonna”, eyni zamanda müəllifin psixoloji təhlilləri baxımından da təqdir olunan əsərdir.
Kitab, Rasimin işini itirməsi iş axtarışına çıxması ilə başlayır. İş axtardığı bir gün köhnə dostlarından Hamdi ilə qarşılaşır və ondan kömək istəyir. Hamdi, ona özünün müdür olduğu iş yerində işləməyi təklif edir. Rasim utanıb sıxılsa belə bu təklifi qəbul etmək məcburiyyətində qalır. Rasim, Raif adlı yaşlı və səssiz və sakit biri ilə eyni otaqda işləyəcəkdir.
Raif, çox az danışar, özünə verilən tapşırıqları tezliklə yerinə yetirər və boş zamanlarında isə masasının çəkməcəsində olan bir kitabı oxuyardı. Raif bəyin xəstələnib işə gəlmədiyi günlərdən birində Rasim, ona çatdırılmalı olan bir sənədi aparmaq üçün onun evinə sarı yola qoyulur.

İçəri addımını atar-atmaz Raif bəyin özünə qapalı olmasının səbəbini anlayır. Bu yazıq yaşlı adam olduqca çox nəfərli bir ailənin keçinməsi üçün cavabdeh olan yeganə şəxs idi. Ailənin yeganə ümidi isə Raif bəyin üç qəpiklik maaşı idi. Lakin bu dəfə Raif bəy çox ciddi xəstədir və Rasimdən iş masasındaki əşyaları ona gətirməsini xahiş edir. Əsil hekayə isə Rasimin iş masasının çəkməcəsində olan qara üzlü dəftəri alaraq oxuması ilə başlayır. Oxuduqdan sonra dəftəri yandıracağına dair Raif bəyə söz verir. Dəftər, Raif bəyin həyatında baş verən bütün hadisələri özündə əks etdirir.
Raif, gənc biri olmasına baxmayaraq özünə qapanıq və olduqca yalnızdır. Tək dostu kitablardır. Atası bir sabun fabrikində vəzifə sahibi idi. Bu səbədən Raifi sabunçuluğu öyrənməsi üçün Almaniyaya göndərməyə qərar verir.
Raif, Almaniyaya çatan zaman bir pansiona yerləşir və bir sabun fabrikində işə başlayır. Lakin zamanla fabrikə daha az baş çəkir. Hər gün səhərdən axşama kimi Almaniyanın parklarını, sərgiləri və müxtəlif yerləri gəzir.
Bir gün qəzetdə elanını gördüyü sərgiyə gedir və orada çox fərqli bir tablo ilə qarşılaşır. Xəz Paltolu Madonna ilə. Həmin gün sərgi bağlanana kimi həmin tablonu seyr edir. Xəz Paltolu Madonna onu öz təsiri altına almışdır. Yenə də Xəz Paltolu Madonnanı seyr etdiyi günlərin birində yanına bir qadın gələrək, ondan tablonu birinə bənzədib-bənzətmədiyini soruşur. Raif utandığından başını qaldırdamadan tablonun anasına bənzədiyini söyləyir. Amma utandığına görə yalan demişdir.
Raif, pansiondan olan bir dostu ilə gəzən zaman sərgidə onunla ünsiyyət quran kürk paltolu qadına rast gəlir. Ertəsi gün qadını yenə görmək ümidi ilə yenə eyni yerdə onu gözləməyə başlayır. Qadın oradan keçəndə isə onu gecə klublarından biri olan Atlantisə qədər izləyir. İçəri girən zaman orada xəz paltolu madonna ilə qarşılaşır. Qadın musiqini oxuyub qurtardıqdan sonra onun masasına əyləşərək adının Maria Puder olduğunu və sərgidə tabloda əks olunan qadının da özü olduğunu söyləyir.
O gündən sonra Maria Puder ilə Raif bəy arasında sıx dostluq əlaqələri başlayır. Maria Puderin hər fürsətdə ondan hər hansı bir gözləntisinin olmaması gərəkdiyini və heç bir şəxsə bağlanıb aşiq olmamasını dilə gətirməsinə baxmayaraq Raif bəy ona çox aşiqdir. Hər gün görüşüb botanika parkları, sərgiləri və baxçaları gəzirlər. Sonda Maria Puder də Raifə bəyə aşiq olduğunu etiraf edir. Lakin hər gözəl şeyin sonu olduğu kimi onların xoşbəxtliklərinin də bir sonu vardır. Bir gün Raif bəy bir teleqram alır. Teleqramda atasının dünyasını dəyişdiyi və gəlib fabrikin başına keçməsi lazım olduğu bildirilirdi. Raif bəy işlərini yoluna qoyduqdan sonra Maria Puderi də yanına gətirəcəyi ümidi ilə Türkiyəyə qayıdır.
Bir müddət məktublaşırlar. Lakin birdən-birə Mariadan daha məktub gəlmir. Raif bəy illər boyu ondan xəbərsiz yaşayaraq özünə qapanır.
İllər sonra İtanbulda yanında da kiçik bir qız uşağı olan Marianın qohumu ilə qarşılaşır. Raif bəy, Marianın illər öncə dünyasını dəyişdiyini və bu kiçik qızın da öz qızı olduğunu öyrənir. Heç kim qızın atasının kimi olduğu haqda məlumatı yoxdur. Raif bəy ilk dəfə öz qızı ilə qarşılaşmışdır və oradan aralanan bir qatarla qızından uzaqlaşmaqdadır...

Sabahattin Ali – “Xəz Paltolu Madonna” əsərinin Azərbaycan dilində PDF formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər
https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/841-sebaheddin-ali-xez-paltolu-madonna.html


Sabahattin Ali – “Xəz Paltolu Madonna” əsərinin Türk dilində PDF formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər
https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/789-sabahattin-ali-kurk-mantolu-madonna.html


Vafa Shaldiyeva
Salam,bu kitabi nece yukleye bilerem?
  • 6 noyabr 2020 15:23
  • Status: