Azərbaycan tarixində ilk dəfə həyata keçirilmiş tarixi hadisədən, Azərbaycan-Antarktida ekspedisiyasından bəhs edən bu kitabda ekspedisiyanın Cənub qitəsində apardığı tədqiqatların nəticələri, qitənin geoloji qruluşu və magmatizmi haqqında ətraflı məlumat verilir, Antarkidanın mineral-xammal resursları, onların istismarı və ortaya çıxan ekolojo problemlər araşdırılır.Kitab mütəxəssislər, ali məktəblərin geologiya, coğrafiya və ekologiya fakultələrinin bakalavrları, magistrları, aspirantları və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.