KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Ahmet Batman - "Göy Üzünə Not" əsəri ilə tanışlıq və qısa məzmunu


Şeçilmişlər Ahmet Batman - "Göy Üzünə Not" əsəri ilə tanışlıq və qısa məzmunu

ADI:
Göy Üzünə Not
REYTİNQ:
  • +39
MÜƏLLİF:
DİL:
FORMAT:
“Nə balığın yeri akvarium deyil, nə də quşun yeri qəfəs..
Hər kəsin bir vətəni var, mənimki isə sənsən...“

Kiçik bir möcüzə istəyirəm. Sənin yanımda olduğun və mənim sadəcə sənə aid olduğum bir möcüzə. İkimiz üçün yazılmış, amma ikimizin də oxumadığı bir kitab. Bizə bir-birimizi başa salan, amma ikimizin də dinləməyə qorxduğumuz musiqi və heç baxmadığımız amma içində sadəcə ikimizin olduğu bir foto olsun istəyirəm...

Sənin hekayəndə özümə bir yer ayırıram. Bəlkə də ikimiz üçün yeni bir hekayə yazmaq istəyirəm. Xoşbəxt olsam da olmasam da bu mənim hekayəmdir demək istəyirəm. Bu dünyada tək bir həyat yaşayacayıqsa əgər və sonunda bitən bizim hekayəmiz olacaqsa, yaşadığımız hekayə də bizə aid olmalıdır...

Bir küçə arasında tutdun əllərimi, ki mən buna belə hazır deyildim. Gözlərin gözlərimdə idi. ”Ömrümü verəcəyim qadın sənmisən?” deyər kimi baxdım. ”Sən mənim üçün yaradıldın” demişdin gözlərin ilə. O səssizliyin içində gözlərimizlə danışdığımız nə varsa göy üzünə qeyd olunaraq yox oldu. Və biz bir möcüzəyə inanıb sonsuz bir hekayə olmaq istədik

Ahmet Batman – Göy Üzünə Not

Taleyin bağları bir dəfə hörülmüşdürsə bir də heçkim on bağları qopara bilməz.
Dəniz Bulud Sadə, Çanakkalaya ilham axtarışları içində yeni bir kitab yazmağa gedirdi. Səyahət üçün təyyarəni deyil, avtobusu seçmişdi. Anasından ikinci dəfə ayrılırdı və yetəri qədər hüzursuz idi. Üstəlik yanına bəzi səbəblərdən oturmaq məcburiyyətində qalan qadın da ona hüzursuzluq aşılayırdı. Oturacaqların arasına çanta qoyması, təmas etməmək üçün özünü sıxması və o çanta az qala bir oturacaq böyükülüyündə idi. Və arxa oturacaqda oturan xanım Mavi, Sadenin köməyinə yetişərək, qadına arxada oturmağı təklif edir. Və xanım Mavi, yəni Buket, Dənizin yanına, daha doğrusu Dənizi yerindən qaldıraraq öz yanına oturtması ilə Dənizin həqiqi hekayəsi yazılmağa başlamışdı.
Dəniz Buket ilə ilk göz-gözə gəldiyi zaman, həyatında bəzi daşların yerini dəyişdiyini hiss etmişdi. Hətta Dəniz, bəzi oğlanlara nəzərən hiss etməyi bacaran bir oğlan idi. İlk dialoqları mübahisə dolu olsa da, sonradan bir-biriləri ilə çox yaxşı ünsiyyət qurmuşdular.

Fasilə verdikləri ilk stansiyada, məsələn, Buket Dənizə, müəllifinin məlum olmadığı bir kitabı almağı məsləhət görmüşdü. Halbuki, özünün də xəbəri yox idi ki, özünün ən çox sevdiyi yazıçı qarşısında oturmuş və onunla çay içirdi. Dəniz, Buketlə münasibətlərləri daha da irəli getdikləri zaman da bu yazarlıq məsələsini ona deyə bilməmişdi. Amma onsuzda onları son vəziyyətə gətirən də gizlətdikləri həqiqətlər idi. Hətta əksik danışılan həqiqətlər özləri də bir yalandır. Həm də ən təhlükəli olanlarından.
Avtobusda gerçəkləşən bu səyahət, iki dostun danışmaqları halına çevrilmişdi. Dəniz həyatında heç kim ilə paylaşmadığı və uşaqlığından bu yana adət halını alan göy üzünə not buraxma vərdişini Buketə göstərib öyrətmişdi. Hər nə qədər bu oyun Buketə məntiqsiz gəlsə də, olduqca marağına səbəb olmuşdu.
Dənizin belə bir oyun oynamasının səbəbi, uşaq olarkən ana və atasının günahsız yerə həbsə düşməsi və onları yalnız 17 yaşında görə bilməsi olmuşdu.
Dəniz, nə zaman anası və atası ilə danışmaq istəyirdisə göy üzünə bir not buraxardı. Hər nə qədər aradan keçən illərdən sonra anasına qovuşsa da, atası hələ də həbsdə idi. Bu səbəbdən də göy üzünə not buraxmaqdan əl çəkmirdi. Göy üzünə not oyunu Dənizin həyat parçası idi.
Çanakkalaya çatdıqları zaman Dəniz cəsarətindən yana Buketə bir təklif etdi. Sadəcə ikisinin bildiyi bir elektron poçt hesabı açaraq, sıra ilə göy üzünə notlar buraxmaq.
Buket bu təklifi qəbul etmişdi. Dənizin hələ də Çanakkalada qalma səbəbi Buket idi. Buket nə zaman İstanbula geri dönsə, Dəniz də o halda geri dönəcəkdi ki bilet alacaqları gün görüşüb yenə eyni qoltuqları alaraq yollarına davam etmişdilər. İstanbula vardıqları zaman isə artıq sevgili ola bilmişlərdi. Amma Dənizin yazarlığı haqqında həqiqəti deməsi ilə bu münasibət artıq bitmişdi.
Dəniz, sevgisindən əl çəkmək istəmirdi. Atası kimi sevdiyi qadını qazanmaq üçün əlindən gələn hər şeyi edəcəkdi. Hətta atası da artıq həbsdən çıxmışdı və artıq Dənizin ən böyük dəstəkçisi idi. Amma Buket həqiqətən də yola gətirilməsi zor olan xarkterli bir qız idi. Aylar boyunca Dənizə nələr etmişdi. Sonda onu bağışladımı? Bunu qeyd edərək kitabın bütün marağını pozmaq istəmirəm.
Dənizin hekayəsi, yəni bu yazıçı kimliyinin ortaya çıxmaması Ahmet Batmanın şəxsi həyatındanmı bir parçadır? Kitabı oxuyarkən sürətli olaraq bunu düşündüm. Bunda başqa yaratdığı xarakterlər o qədər qeyri-adidir ki, obrazların nə hiss etdiklərini biz də duya bilərik.
Və qələmi o qədər gerçəkçidir ki, hər insanın Ahmet Batmanın kitablarında özünə aid nəsə bir şey tapması mümkündür. Amma bu kitabın qələmə alınmasında əsil məqsəd, həyatınızda “kaşki”-lərə yol vermədən yaşamaqdır.