KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Sabahattin Ali - "Çaxıcının İlk Gülləsi" əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər Sabahattin Ali - "Çaxıcının İlk Gülləsi" əsəri ilə tanışlıq və məzmunu

ADI:
Çaxıcının İlk Gülləsi
REYTİNQ:
  • +5
MÜƏLLİF:
DİL:
FORMAT:
“Mən həyatda hər şeyə qarşı laqeydəm... Bu məndə sevgi hissinin məhdudiyyətindən deyil, daha da çox olmağındandır. Mən sevdiklərimi it kimi sevirəm övladım... Zəlil kimi sevirəm”
Şeir, hekayə və romanlarını sözlə ifadə etməkdə çətinlik çəkdiyimiz kimi hissləri ustalıqla başa salan; insanı, gücü, zəyifliyi bir bütün olaraq qavrayıb qələmə alan Sabahattin Alinin yaradıcılığından daha bir kitab.
Çaxıcının İlk Gülləsi”, (türk. Çakıcı'nın İlk Kurşunu) ilk dəfə Sabahattin Alinin dünyasını dəyişməsindən sonra, 2002-ci ildə nəşr edilmiş hekayə və şeirlərdən ibarət kitabıdır. Vəfatından sonra 1997-ci ildə ildə qızı, Filiz Ali, atasının sandığından çıxan və daha əvvəl heç bir yerdə nəşr edilməyən, hətta yarımçıq qalmış bir kitabı Nüket Esene göstərmiş, sonuncu da öz növbəsində dostları ilə bir yerdə bütün bu sənədlərə düzəliş edərək formalaşdırmışdır. Beləliklə də Sabahattin Alinin yaradıcılığının daha bir maraqlı kitabı olan “Çaxıcının İlk Gülləsi” meydana gəlmişdir. Kitab öz adını içindəki bir hekayədən almışdır. Müəllifin vəfatı səbəbi ilə tamamlana bilməyən, lakin yarımçıq halı ilə də möhtəşəm olan kitab, tamamlansaydı necə olardı deyə düşünməkdən çəkinmədiyim Barsakın qısa məzmunu belədir.
Hekayədə hadisələr bir avtobus yolçuluğu əsnasında gerçəkləşir. Bergamadan İzmirə gedən bir avtobusda təxminən otuz kişi sıxılaraq oturmuş bir haldadır. Orta sıralarda ağlayan kiçik bir uşaq xaricində kimsədən səs çıxmır. Yolçuların əksəriyyəti isə mürgü vurur.

Hekayəni nağıl edən şəxsin yanında yeni evli olduğu başa düşülən qadın, qadının yanında isə həyat yoldaşı oturmaqdadır. Avtobus kələ-kötür yollarla irəlilədikcə adam gah haradasa yanındaki gənc qadının üzərinə doğru əyilir, gah da əks tərəfə doğru dururdu. Vəziyyət bu halı alanda gənc qadının həyat yoldaşı bu gənc adama tərs-tərs baxır. Lakin durub arvadı ilə yer dəyişdirməyə də çəkinir. Avtobus bu şəkildə sallana-sallana irəliləyərkən birdən dayanır. Sürücü avtobusun nasazlığının olduğunu və bu şəkildə daha da irəliləyə bilməyəcəklərini bildirərək köməkçisini başqa bir maşın çağırmaq üçün Rəşadiyyəyə yollayır. Köməkçi ilk olaraq etiraz edəcək kimi bir reaksiya versə də ,sürücünün hirsli olduğunu görərək çarəsiz yola çıxır. Sürücü sərnişinlərə hələ daha altı saat burada qalacaqlarını və istəyərlərsə çölə çıxa biləcəklərini söyləyir. Sərnişinlər bu hala artıq çoxdan öyrəşmişdilər, mənzil başına hər zaman tez çatmaq mümkün olmurdu. Bəziləri gəzməyə, böyürtkən yığmağa gedir, bəziləri söbət eləməyə başlar, bəziləri isə yenə də mürgüləməyə davam edir. Sürücü isə kartları çıxararaq oynamaq istəyən varmı deyə sual verir. Gənc qadın ilə həyat yoldaşı həmin dəqiqə oynamağa razılıq verirlər. Başqa birinin oynamadağını görüncə cütlüyün yanındaki gənc də oyuna dördüncü oyunçu kimi qoşulur. Az sonra böyürtkən toplamağa gedənlər geri qayıdaraq avtobusun yanına toplaşmağa başlayaraq çıxış yolu üçün məsləhətlər verirlər. Sürücünün qarşısında gənc qadının həyat yoldaşı, gənc qadının qarşısında isə digər gənc yolçu oturmuşdur.
Hekayə bu cümlə ilə yarımçıq qalmışdır. “Gənc qadınla mən qarşı-qarşıyaidik. Avtomobilin alçaq mindərinə outran zaman dizlərini dikməyə məcbur qalan, modaya uyğun qısa ətəyi, kağız almaq və ya atmaq üçün hər qolunu..” Hekayənin burada yarımçıq qalması ilə , “Kaşki Sabahattin Ali tamamlamış olardı bu gözəl hekayəni.” deyə düşündüm. Sabahattin Alinin qələmini sevənlər üçün tövsiyyə olunacaq bir kitabdır. Kitabda yalnız bu hekayə deyil, eyni zamanda başqa hekayələr və şeirlər də yer alır. Kitabdan ən bəyəndiyim və altını xətlədiyim şeirləri sizə təqdim edirəm. Lakin, şeirlərin mənasının və gözəlliyinin təhrif olunmaması naminə tərcümə etməyə lüzum görmədim.


"Ahmak bir gurur gezdi tahtadan silahlarda
Sanki bozgun bir ordu konakladı tarhlarda;
Vurulan bir silahşor gibi düştü heykeller..." (Oyuncaq adlı şeirdən)

"Sevgilim! Bak bu gece
Kırık kalbine, ince
Bir ok saplı kurbağa
Ölüvermiş gizlice..." (Qurbağaya Mərsiyə adlı şeirdən)

"Koyu, siyah gözlerinde onun:
Karanlık bir gündüz gibi doğan eşi:
Ulu bir gürz gibi eser sözlerinde..."

Sabahattin Ali - "Çaxıcının İlk Gülləsi" əsərinin Türk dilində EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.

https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1743-sabahattin-ali-cakicinin-ilk-kursunu-tereke.html