KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Sabahattin Ali - "Sırça Köşk" əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər Sabahattin Ali - "Sırça Köşk" əsəri ilə tanışlıq və məzmunu

ADI:
Sırça Köşk
REYTİNQ:
  • +5
MÜƏLLİF:
DİL:
FORMAT:
“Nə üçün həmişə kədərli şeylər yazım? Dostlar, xüsusi ilə də ürəyi həssas olan dostlar bu vəziyyətdən xoşlanmırlar. ”Hər zaman pis şeylərimi görəcəksən?” deyə sual verirlər. ”Hər zaman aclardan, çılpaqlardan, dərdlilərdən bəs edəcəksən?” Gecələr qəzet satan avara uşaqlardan; bir qaşıq torpaq, bir neçə damcı su üçün bir-birlərini öldürənlərdənn;, həbsxanalarda ruhları gəmirilə-gəmirilə əriyib gedənlərdən; həkim tapa bilməyənlərdən; haqqını ala bilməyənlərdən başqa yazılacaq şeylər, yaxşı şeylər qalmadımı? Nə üçün yazılarındaki bütün insanların bənizi solğun, ürəyi isə kədərlidir? Bu məmləkətdə üzü gülən bəxtiyar insan yoxdurmu?
Sırça Köşk”, Sabahattin Alinin bir-birindən gözəl və mənalı hekayələrinin yer aldığı möhtəşəm kitabdır. Yazıçının daa çox öz həyatından bəhrələndiyi, bəzən də tamamilə öz xatirələrini qələmə aldığı hekayələri ilə Sbahattin Ali, adətən öz fikirlərini oxucuya bütün çılpaqlığı təqdim edir. Xüsusi ilə də hekayələri çox təqdirə layiqdir.
Mənim ən bəyəndiyim, sonda da göz yaşına səbəb ola biləcək bir Canqurtaran adlı hekayəsində yazıçı, taleyinə boyun əymiş bir qadının hekayəsini əks etdirir.
Bir axşamüstü Anadolu kəndlərindən birindəki kiçik bir klubdan çığırtılar yükəlməkdədir. Doğumunu heç cür gerçəkləşdirə bilməyən Asiya, ikindidən bəri ağır sancılara məruz qalır.
Kəndin mamaçası bir çarə tapa bilməyən zaman isə qonşu kənddən başqa bir mamaça çağırmağa məcbur olmuşdur. Asiyanın həyat yoldaşı İbrahim isə çarəsizliyin verdiyi dərd ilə evin qapısı önünə çökmüş, bir xəbər gözləməkdədir. Qonşu kəndin mamaçası içəri girəndən sonra isə qızın sancıları daha da kəskinləşmişdi. Sonunda iki mamaça birdən çölə çıxaraq doğumu həyata keçirə bilmədiklərini, Asiyanı isə şəhərə götürməli olduqlarını deyirlər. İbrahim çarəsiz qalaraq öküz arabasının arxasına yorğan-döşək yerləşdirərək şəhərə sarı yola çıxır.
Səhərə yaxın xəstəxanaya çatdıqlarında isə artıq ümidi qalmamışdı. Çünki, həkim müəyyən səbəblərə görə əməliyyat aparmaq hüququnun olmadığını dilə gətirərək əməliyyatdan boyun qaçırırdı. Nə qədər yalvarıb-yaxarıb ora verəcək pulunun olmadığını desə də həkimi yola gətirə bilmir. Bundan baqşa Asiyanı da götürərək Mutena Cankurtaranın yanına aparır. Lakin bu həkim çox pul istəyir. Həkimlə müqavilə imzalayaraq Asiyanı əməliyyata almağını, öküzlərdən birini sataraq ödəyəcəyini bildirir.
Geri qayıtdığı zaman is övladının öldüyünü, həyat yoldaşının isə yaxşı olduğunu öyrənir. Lakin, həkim ölü uşağı da ana bətnindən çıxardığı üçün də əlavə də istəyir. İbrahim digər öküzü, arabanı və hətta içindəki yataq yorğanı da satır amma lazım olan pulu toplaya bilmir. Bu zaman isə həkim Asiyanı xəstəxanadan çölə buraxmayacağını bildirir. Asiya, xəstə halı ilə xəstəxanada işləməyə başlayaraq gecələri yerdə - pis bir döşəyin üzərində gecələyir. İbrahim davamlı olaraq gedib-gəlməkdə, həyat yoldaşını xəstəxanadan çıxarmaq üçün əlindən gələni etməkdədir. Lakin heç cür həkimi razı sala bilmir. Ən sonunda bu haldan bezən İbrahim, həkimin qarşısına çıxaraq “Mənə kənddə başqa arvad yoxdur?” deyərək Asiyanın xeyrini görməsini istəyir və çıxıb gedir. Lakin bu sözlərinin qapı arxasında dayanan Asiyanın da eşitdiyindən xəbərsizdir. İbrahimin dediklərini eşidincə isə qadın ağlayaraq daha da məhv olur. Gecə xəstəxanadan qaçaraq piyada kəndin yolunu tutur.

Bir yandan ağlayıb, bir yandan isə İbraimin sözlərini təkrar edir: “Mənə kənddə başqa arvad yoxdur?”. Bu zaman isə yarasının açılması səbəbi ilə çoxlu qan itirməkdədir. Səhərə yaxın kəndlilər onu tapanda artıq hər şey gec idi, Asiya dünyasını dəyişmişdi.
Sabahattin Alinin üstün hekayə qələmə alma bacarığının gözəl əks olunduğu kitabda, oxucuların üzünə Anadolunun qapılarını açır.

Sabahattin Ali - "Sırça Köşk" əsərinin Türk dilində EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.

https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1746-sabahattin-ali-sirca-kosk.html