Tanınmış qırğız yazıçı Çingiz Aytmatovun müəllifi olduğu “Ana Torpaq” əsəri, milli folklorun ünsürlər nəzərə alınaraq qələmə alınmışdır. Müəllif bu əsərdə sosialist idarəetmə sisteminin qurbanına çevrilmiş türklərin gündəlik həyatlarında üzləşdikləri çətinlikləri əks etdirmişdir.
Ana Torpaq: Tolganay həmişəki kimi tarlasına sarı gedirdi; ana torpaq sanki ona səslənir,onunla dərtləşirdi. Tolganay da öz dərdini ona nağıl etməyə başladı:
Tolganay, Savankula qarşı maraq duyurdu. Savankul da Tolganaydan xoşlanırdı. İkisi də bir-birlərinə çox aşiq idilər. Savankul, hər səhər yuxudan tez durub, Tolganaydan xəbərsiz işə qoyulurdu. Tolganay onu işləyərkən görəndə isə daha çox aşiq olurdu. Lakin işləməyə gedərkən onu çağırmadığı üçün ona qəzəblənirdi. Bir müddətdən sonra Tolganay və Savankul evlənməyə qərar verərək evlənirlər. Onların tək bir idealları var idi. O da özlərinə çatacaq böyüklükdə bir tarla idi. Savankul və Tolganay bir yerdə işləyər və ana torpağa qarşı vəzifələrini bir yerdə yerinə yetirirdilər. Bir müddət sonra Tolganay Savankula şad xəbəri verdi. Tolganay hamilə idi, gənc cütlüyün övladı dünyaya gələcəkdi.
Savankul bu xəbərə hədsiz dərəcədə sevinir. Tolganay, hamiləliyin iləriləyən aylarında getdikcə çəki almağa başlamışdı və artıq hamiləlik dövrünün sonuna gəlmişdi. Gənc cütlüyün Qasım adında bir oğlan övladı dünyaya göz açır. Birlikdə xoşbəxt həyat sürən cütlüyün, daha sonralar da Maysalbek və Caynak adlı oğlan övladları dünyaya gəlmişdi.
Uşaqlar tez bir zamanda böyüyüb boya-başa çataraq məktəbə getməyə başlayırlar və məktəblərini də uğurla bitirirlər. Amma Caynak oxumaq üçün uzaq yerlərə getmişdi. Caynakdan başqa digər oğullar atasının gördüyü işin davamçısına çevrilmişdilər. Artıq tarlanı şumlamaq əvvəlki kimi çətin də deyildi, çünki traktor icad edilmişdi. Savankul, həmin dəqiqə bir traktora alaraq, kəndə traktor gətirən ilk kəndli olur. Savankul və oğulları artıq traktor ilə işləməyə başlamışdı.
İşlər artıq çox asanlaşmışdı. Çünki bir dənə traktor və iki oğlu da onun əlindən tuturdu. Bu zaman ərzində Savankulun oğlu Maysalbek, kənddən Aliman adlı bir qıza aşiq olur. Aliman da Maysalbekdən xoşlanırdı. Qısa bir müddət sonra ailəsi ilə danışan Maysalbek, Aliman ilə evlənmişdi.
Bu dövrlərdə Birinci Dünya Müharibəsi şiddətlənməyə başlamışdı. Tolganay baş verən hadisələrdən narahat olmağa başlamışdı. Çünki, həyat yoldaşı və oğullarının müharibəyə aparılması təhlükəsi mövcud idi. Tolganay doğmalarının müaribənin bir parçası olmalarından qorxurdu. Çünki müharibəyə gedənlər oradan geri qayıtmırdılar. Müharibənin iştirakçıları aclıqdan, səfillikdən, xəstəliklərdən və ya düşmənin hücumundan sonra dünyalarını dəyişirdi. Bir müddət sonra kəndə xəbər gəldi. Əli silah tutan hər kəs əsgərə aparılacaqdı. Tolganay və gəlini Aliman bu xəbərə çox kədərlənmişdilər. Artıq gəlin və qaynana baş-başa qalacaqlardı.
Nəhayət, evdəki kişilər müharibəyə qatılmışdılar. Caynakdan bir məktub gəlmişdi. Caynak, orada xoşbəxt və hər şeyin yolunda olduğunu yazaraq, bir həftə sonra geri, yanlarına dönəcəyini qeyd etmişdi. Tolganay bu xəbərə görə sevinsə də içində hələ də kədərlənərək narahat olurdu.
Stansiyada çox həyəcanlı bir şəkildə oğlu Caynakı gözləyən Tolganay, zamanın çox tez keçdiyinin fərqinə vardı. Üstəlik, çox gözlədiyi halda oğlu Caynak da gəlib çıxmamışdı. Bu Tolganayı çox kədərləndirmişdi. Hava qaralan zaman evə geri qayıdan Tolganayı, Aliman çox kədərli halda görmüşdü.
Tolganay Alimana Caynakın gəlmədiyini söyləyən zaman Aliman da çox kədərləndi. Cəbədənən kədərli bir xəbər gəldi. Aliman və Tolganayın həyat yoldaşları müharibədə şəhid olmuşdular. Bu xəbər qarşısında Tolganay və Aliman səbr göstərə bilmirdilər. Bundan sonra Tolganay bir kədərli xəbər yenə gəlir. Caynak da anasından xəbərsiz müharibəyə qatılmış və şəhid olmuşdu.
Müharibə getdikcə miqyası böyümüş və daha da şiddətlənmişdi. Artıq kənddə kişi qalmamışdı. Güzəranlarını əldə etmək üçün qadınlar torpaqlarda kişilərinin yerinə işləyirlərdi. Bütün bu mübarizələr sonrasında isə müharibəni qazanmışdılar. Bu zamanlar kəndə yaraşıqlı bir çoban gəlmişdi. Aliman yolda onu görmüş, hər ikisi də bir-birinə aşiq olmuş və gizli-gizli görüşməyə başlamışdılar.
Tolganay, bir gecə Alimanın yatağında olmadığını və qapıdan çıxaraq getdiyini görmüşdü. Alimanın arxasınca gedərək çobanla görüşməsinə şahid olmuşdu. Halbuki Tolganay, Alimanın Maysalbeki sevdiyinə inanırdı. Lakin Aliman bir müddət sonra çobandan hamilə qalmış və qarnı get-gedə böyüməyə başlamışdı. Aliman ən sonunda olub-bitənləri Tolganaya danışır. Tolganay, Alimanın bu halını qəbul etmək məcburiyyətində qalmışdı. Bir gecə qəfil ağrıları başlayan Aliman uşağını dünyaya gətirmişdi. Tolganay, uşağı bələyərək anasına göstərmək istəsə də Aliman doğumdan sonra dünyasını dəyişmişdi. Bu qoca dünyada Tolganay və balaca bir uşaq təkbaşına qalmışlardı.
Çingiz Aytmatov - "Ana Torpaq" əsərinin Türk dilində PDF formatında elektron formasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilərlər.
https://www.kitabyurdu.org/kitab/roman/1440-cengiz-aytmatov-toprak-ana.html