Başqa Bir Gün
“Hər sevgi hekayəsinin iki üzü vardır. Təbii olanların belə.”
-“Səni yenə görə biləcəm?” deyə sual verdi,
Başımla işarə edərək hə deyə işarə elədim.
“Sənə bunu əsaslandıracam” – dedi -“Həqiqətən nə mənaya gəldiyini göstərəcəm”“Nəyin?” deyə sual etdim.
- “Sevginin”
Münasibətlər nəticəsində yaranan tragedik hadisələrə əsaslanan bu kitabın mövzusu və üslubu, əsərin müəllifi olan Devid Levithanın xəyali xarakterini və fikirlərini çox gözəl bir şəkildə yansıdır.
Başqa Bir Gün: Sənin üçün qara olan, mənim üçün ağ ola bilər, elə deyilmi? Əgər sən qaranlıqdasansa... Hər şeyin fərqli baxış bucaqları olduğu kimi, sevginin də fərqli baxış bucaqları mövcuddur. A ilə Rhiannonun hekayəsi bizə, müəllifin “Hər Gün” adlı kitabından tanış idi. ”Başqa Bir Gün” adlı bu əsərdə isə hər şey Rhiannonun tərəfindən nağıl edilir.
Rhiannon sevgilis Justin tam olaraq bir baş bəlası idi. Sevgisini heç zaman hiss etməmiş və davamlı olaraq Rhiannon ilə bir milçəkmiş kimi davranırdı. Rhiannon hər zaman Justinə tərəf gedərkən beynində “Görəsən?” sualları özünü büruzə verirdi. ”Görəsən belə desəm nə reaksiya verər?” kimi...
Justinə görə ən yaxşı dostları ilə vaxt keçirə bilmirdi. Çünki, Justion ilə sevgili olduğu üçün hamısı ona hirslənirdi. Rhiannon isə özünə qarşı olan bu hirslərə dözüm göstərə bilmirdi.
Amma bir gün hər şey dəyişmişdi. Justin, Rhiannona o dərəcədə kübar və incə davranış göstərərək sevgisini hiss etdirirdi ki, Rhiannon “Görəsən Justinin yenə nə planları var?” deyə öz-özünə sual verirdi. Ona inanmaq istəmirdi.
Amma, hər şeyi geridə buraxaraq okeana getdiklərində bəzi şeylər dəyişmişdi. Rhiannon həyatındaki ən yaxşı günlərdən birini yaşayırdı və Justin ilə həyatının ən xüsusi anlarını paylaşmışdı.
Və günün sonuna gəldikləri zaman Rhiannon heç axşamın düşməsini istəmirdi. Sabah yenə hər şeyin dünənki kimi eyni olacağını düşünürdü.
Ki olmuşdu da... Justin dünənlə bağlı çox az şey xatırlayırdı. Sonra isə Nathan adlı biri ilə davamlı vaxtkeçirməsi Rhiannonu kədərləndirirdi.
Nathan, Rhiannondan hər şeyi açıqlamaq üçün bir şans istəmişdi. Saf və ürəyi yumuşaq olan Rhiannon isə bu şansı ona tanımışdı. Amma görüş yerinə Nathan deyil, başqa bir qız gəlmişdi.
“Hər Gün” əsərini oxuyanlar, bu issədə A obrazını asan bir şəkildə tanıyacaq. Rhiannonla danışmağa gələn qız A idi. Bəs A kim idi? Doğulandən bu günə kimi yaşıdı olduğu birinin bədəninə girən, amma idarə edə bilməyən biri. Uşaqkən bunların oyun olduğunu düşünsə də, böyüdükcə hər şeyi qavramağa başlayır.
Cinsi mənsubluğu yox, irqi yox, bir ailəsi yox. O sadəcə bir ruhdur və insanların bədənlərini bir günlük özünə götürür. Və öz həyatını yaşaya bilməyən bu insan Rhiannona aşiq olmuşdu.
Rhiannon əvvəl nə qədər inanmaq istəməsə də, həqiqətən bunun belə olduğunu bilirdi və A-nın ondan inciməməsini istəyərək onunla ər gün görüşməyə başlayır. A, ilk gündən bu yana Rhiannona aşiq idi və Rhiannonda həyatını davam etdirməsi lazım olan şəxs obrazını tapmışdı. Lakin, önündə çoxlu maneələr var idi.
Məsələn Rhiannon davamlı olaraq bir oğlan olaraq düşünürdü. Bu onun əlində deyildi. Həqiqətən sadəcə daxili gözəlliyə fokuslanmaq üçün çox cəhd etdi, amma cəhdləri uğursuz oldu. Başqa bir maneə isə Rhiannonun səhər gözünü açan kimi A-nı görmək istəməsi idi. Onunla bir gecələmək və oyanmaq istəyirdi, amma bu mümkün deyildi.
Justin ilə olan münasibətləri çox pis bir şəkildə sonlanmışdı. Çünki, Justin onu A ilə qucaqlaşarkən görmüşdü və bu onların ayrılması üçün əsaslı səbəb idi.
Rhiannon ilə A bir müddətlik münasibətlərinə fasilə vermişdilər. Amma A bir gün Rhiannona bütün arzularını reallaşdırmaq üçün vacib olan bir məlumatla geri dönmüşdü. Sadəcə bir bədəndə qalmağın yolunu tapmışdı və o bu xarakterə sahib tək insan deyildi. Onun kimilər çox idi.
Lakin, A Rhiannonun ilə bütün arzularını gerçəkləşdirə bilməzdi. O, Rhiannonun ən dəyərli vaxtını oğurluya bilməzdi. Bu səbəbdən də onu özü kimi olan başqa birinə əmanət etməli idi. Hər gün eyni bədəndə oyanan və yaxşı niyyətli birinə.
Əslində A və Rhiannon arasında olan münasibətin evliliklə nəticələnməsi real görünmürdü. Ki, Rhiannon da bunu çoxdan dilə gətirmişdi. Hər gün görüşmək üçün onlarca saat yol gəlib-getmək və bədənlərinə girdiyi insanların həyatları heç bir zaman dostları ilə bərabər vaxt keçirdərək əylənə bilməməkləri, dostlarına özündən bəhs edə bilməməyi onu çox kədərləndirirdi.
Bu çətinliklərə qatlana biləcək birilərinin olduğunu düşünürdü. Ya da sadəcə olaraq buna inanmaq istəyirdi. Bəs doğurdan da bu çətinliklərlə mübarizəyə hazır olan cəsarətli biri var idimi?
Bu əsər müəllifin “Hər Gün” əsərinin davamı deyil amma “Hər Gün” əsərindən ala bilmədiyiniz zövqü, bu əsərdə tapa bilərsiniz. Lakin, bu seriyaya başlamayan oxuculara “Hər Gün” əsərindən başlamağı məsləhət görürəm. Çünki, o əsərdə əsas hadisələrə daha çox yer verilmişdir və hər şeyi daha yaxşı bir şəkildə qavraya bilirsiniz. ”Başqa Bir Gün” əsərinin sonunda isə cavabsız qalan suallarınız ola bilər. Çünki, müəllif bütün sualların cavabını ilk kitabda əks etdirmişdir.
“Başqa Bir Gün” əsəri əslində bir bədəndən ibarət olmadığımızı və insanların daxili görünüşləri ilə əlaqəli düşünməyimizə çox gözəl bir şəkildə kömək edir. Lakin, xarici görünüşün vacib olduğunu inkar etmir.