KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Fridrix Nitsşe - "Dəccal" əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər Fridrix Nitsşe - "Dəccal" əsəri ilə tanışlıq və məzmunu

ADI:
Dəccal
REYTİNQ:
  • +22
MÜƏLLİF:
DİL:
FORMAT:
Ən azların filosofu – Fridrix Nitsşe 1844-cü ildə Almaniyanın keçmiş Prussiya, indiki Saksoniya əyalətinin Lützen şəhəri yaxınlığındaki Röken kəndində anadan olub. Atası, Karl Lüdviq Nitsşe, Lüteran kilsəsinin keşişi, anası, Fransiska Nitsşe isə evdar qadın idi. Bütün şüurlü həyatını din əleyhinə mübarizəyə həsr edən Nitsşenin hər iki valideyni protestant ailəsindən idi. Ən məşhur əsərləri “Vaqner Hadisəsi”, ”Antixrist”, ”Zərdüşt Belə Deyirdi”, ”Ecce Homo” və “Dəccal” əsərləridir. 1889-cu ildə siflis xəstləiyini yoluxan Nitsşenin psixoloji vəziyyəti tamamən pozulur və o, dəli olur. 1900-cü ildə isə ağır xəstəlik sonrası vəfat edir. Nitsşenin yazılarının böyük hissəsi anarxistlərə qarşı olsa da, bir sıra anarxistlər ondan xeyli dərəcədə təsirlənib. Spencer Sunshine yazır ki, “Nitsşedə anarxistlərin diqqətini çəkən çox şey var: Onun dövlətə nifrəti, ”antixristian” düşüncəsi və onun ”üstinsan” yaratmaq arzusu...”
Emma Qoldman, Emil Armand, Renzo Navator, Rudolf Roker, kimi anarxist və post-anarxist filosof və yazıçılar Nitsşedən təsirlənib və onun fikirlərinin təsiri altına düşüb. Nitsşedən bəhrələnmiş ən böyük hərəkat isə faşizm hərəkatı olub. Adolf Hitler, Nitsşenin bacısı Elizabetlə yaxşı münasibətdə idi. Elizabet isə Nitsşenin əsərlərini faşizm ideyalarına uyğunlaşdıraraq, onun faşist ideoloq olmasına çalışmışdı. Elizabet, Hitleri inandırmışdı ki, Nitsşe “üstinsan” deyəndə üstün irqi, almanları nəzərdə tutub. Hitler buna inanırdı və Nitsşenin əsərləri onun ilham mənbəyi hesab oluna bilər.
Bundan başqa, Karl Qustav Yunq, Alfred Adler və Ziqmund Freyd kimi alimlər də Nitsşenin fikirlərindən bəhrələniblər. Nitsşenin yaradıcılığına ən böyük ziyanı isə bacısı Elizabet vurub. Əri intiar etdikdən sonra Nitsşeyə daha çox diqqət ayıran bu qadın, qardaşının əsərlərini istədiyi şəkildə təhrif və ixtisar edib. Məsələn “Dəccal” əsərinin 35-ci hissəsi uzun illər kitabın heç bir nəşrinə salınmayıb.
“Dəccal”, Nitsşenin yazmağı planladığı dördhissəli “Dəyərlərin yenidən dəyərləndirilməsi” əsərinin həm ilk, həm də yeganə tamamladığı hissəsidir.
Dəccal: Bu kitab ən azlarındır. (Ən azlar – “əksəriyyət azlıq” tandemindən kənarda, ”azlıqdan” da “az” olan şəxslər nəzərdə tutulur). Bəlkə də onlardan heç biri daha yaşamır. Onlar, mənim Zərdüştümü anlayanlar olacaqlar: özümü, hələ bu gündən eşidiləcək qulaq tapanlarla necə qarışdıra bilərdim ki? Ancaq o biri gündür mənim olan. Bəziləri öldükdən sonra doğulur. (Ölümdən sonra -  “Posthum”, yazarların ölümdən sonra nümayiş olunan əsərləri nəzərdə tutulur.)
Adamın məni anlamasının həm də çətinliklə anlamasının şərtləri,- bunları mən çox yaxşı bilirəm. Mənim yalnız səmimiliyimə, ehtirasıma dözə bilmək üçün, intellektual mövzularda adamın vicdanlı olması lazımdır. Dağlarda yaşamağa vərdiş etməsi lazımdır – dövrün siyasəstinin və xalqların mənfəətçiliklərinin səfil boşboğazlığını öz səviyyəsindən aşağıda görməlidir. Heç nəyi vecinə almaması lazımdır, düzgünlük faydalıdırmı deyə heç soruşmaması lazımdır, pis taleyə çevrilə bilrəmi deyə.. Bu gün kimsənin soruşmağa cəsarət göstərmədiyi suallara sərtliyin verdiyi uyğunluq; qadağan edilmiş olana cəsarət; labirintə öncədən bələdlik.
Yeddi təklikdə əldə edilmiş bir təcrübə. Yeni bir musiqi üçün yeni qulaqlar. Ən uzaqlar üçün yeni gözlər. İndiyə qədər qazanclı hesab edilmiş doğrular üçün yeni bir vicdan. Və uca üslubun iqtisad istəyi: gücünü, həyəcanlarını əldə saxlamaq... Öz-özü qarşısında şərtsiz bir azadlıq. Bəli! Bunlardır mənim oxucularım ancaq, mənim həqiqi oxucularım, mənim əvvəldən təyin olunmuş oxucularım: geri qalanlar nəyə lazımdır ki, yalnız insanlıqdır. Adamın gücü ilə, ruhunun yüksəkliyi ilə, insanlığa yüksəkdən baxması lazımdır – xor fikirlə..


Fridrix Nitsşe - "Dəccal" əsərinin türk dilində PDF formatında elektron versiyasını oxumaq istəyənlər ağaşıdakı e-keçiddən yükləyə bilər.

https://www.kitabyurdu.org/kitab/felsefe/869-friedrich-nietzsche-deccal.html