KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Boris Pasternak - "Doktor Jivaqo" əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər Boris Pasternak - "Doktor Jivaqo" əsəri ilə tanışlıq və məzmunu

ADI:
Doktor Jivaqo
REYTİNQ:
  • +17
MÜƏLLİF:
DİL:
FORMAT:
Doktor Jivaqo“ əsəri rus yazıçı Boris Pasternakın Rusiya İnqilabı dövründə nəşr olunan əsəridir. Roman ilk dəfə həm rus həm də italiyan dilində nəşr edilmişdir. Bir il sonra isə ingiliscəyə tərcümə olunmuşdur.
Müəllif bu əsərini 1956-cı ildə “Noviy Mir“ dərgisinə göndərmiş, dərgi də əsərin qalmaqal yaradacağını təxmin edərək yayımlamaqdan boyun qaçırmışdı. Bundan sonra Boris Pasternak bu əsərini 1957-ci ildə İtaliyaya göndərir. Milan şəhərində yerləşən bir nəşriyyatla razılaşan müəllif, əsərin diktə olunmuş bir nüsxəsini onlara göndərir. Müqaviləyə əsasən əsər İtaliyada, Rusiyada nəşr edildiyi zaman nəşr ediləcəkdi. İtaliyan nəşriyyatçılar isə əsərin Rusiyada nəşr edilməsini gözləyirdilər. Lakin aradan illər keçməsinə baxmayaraq, Moskvadan hələ də bir xəbər gəlməmişdi. Lakin italiyanlar müəllifdən bir məktub alaraq əsərin geri göndərilməsini və üzərində dəyişiklik etmək istədiyini bildirirdi. Lakin bu məktubdan şübhələnən italiyan nəşriyyatçılıar əsəri çap etməyə qərar verdilər. Əsər eyni zamanda həm rus həm də italiyan dilində nəşr edildi. Bir il sonra isə ingilis dilinə tərcümə olunmasının ardından dünyanın bütün dillərinə tərcümə olunaraq bütün dünyaya yayıldı. Əsərin bütün dünyada yaratdığı təsir bir il sonra (1958) Pasternaka Nobel Mükafatını qazandıracaqdı. Lakin Sovet höküməti bu xəbərdən çox rahatsız olmuşdular. Yazıçıya edilən təzyiqlərin nəticəsi olaraq o da mükafatı geri çevirmək məcburiyyətində qalmalı oldu. SSRİ-də qadağan olunan bu əsər, yalnız ölkədə demokratiya yarandıqdan sonra 1985-ci ildə qadağan olunmuş əsərlər siyahısından çıxarıldı. Boris Paternakın bu əsəri, NATO və SSRİ dövlətlərində olduqca səsli mübarizələrə səbəb oldu. Qeyd edim ki, əsərin motivləri əsasında eyni adlı film də çəkilmişdir.
Doktor Jivaqo: Əsərimzin baş qəhrəmanı Yuri Jivaqo əsərin əvvəlində oxuculara, anasının dəfnində işirak edən kiçik oğlan kimi bədii təsvir edilir. Yuri, varlı ailənin varisidir. Onların ailələri heç zaman xoşbəxt ola bilməmişdi. Atası onu hələ anasının dünyasını dəyişməsindən əvvəl tərk etmişdi.
Yetim qalan Yuriyə, bir müddət ölkənin cənubunda yaşayan əmisi himayəlik edir. Sonra isə qohumları onu Moskvaya göndərir. Orada o Aleksandr və Annaq Qromenkonun ailəsi tərəfindən himayəyə götürülür.
Yuri, hələ başlarından ətrafındaki digər uşaqlardan fərqlənirdi. Gənc olan zaman o istedadlı bir şair kimi tanınır. Buna baxmayaraq atalığı Aleksandr Qromenkonun məsləhəti ilə gedərək tibb üzrə təhsil alır və həkim olur. İlk sevgisi, sonralar isə arvadı olan Tonya da, Aleksandr Qromenkonun qızıdır.
Yuri və Tonyanın evliliyindən dünyaya iki uşaq göz açır. Xoşbəxt olmaqlarına baxmayaraq gənc cütlük sonra bir-birindən həmişəlik ayrı qalmağa məcbur olurlar. Ayrılıqdan sonra Yuri yeni dünyaya gələn qızının üzünü heç zaman görə bilmir.
Romanın əvvəlində təqdim olunan yeni obrazlardan biri də Larisadır. O, Komarovskinin müstəntiqidir. Larisa bütün gücü ilə öz himayədarlarının himayəsindən çıxmağa çalışır. Larisanın uşaqlıq dostu Oavel Antipov onunla evlənir. Larisa öz xoşbəxtliyini bunda görürdü. Lakin cütlük xoşbəxt ola bilmir. Pavel, ailəsini ataraq müharibəyə yollanır. Daha sonra isə soyadını Strelnikova dəyişərək bu adla inqilab komissarına çevrilir. Müaribənin sonunda isə o ailəsinə qovuşmaq istəyir, lakin buna nail ola bilmir.
İnqilabın dağıdıcı dalğasından qurtulmaq üçün qaçan Yuri Jivaqo və Larisanı telelər müxtəlif yollarla Yurantine-na - Rinveyə aparırı. Onlar qarşılaşdıqdan sonra bir-birinə vurulurlar. Aclıq, soyuq və repressiya doktor Jivaqonu və Larisanın ayrılmasına səbəb olur. Jivaqo iki il müddətində Sibirdə itkin düşür. Jivaqo qırmızı partizanların dəstəsində həkimlik etməyə məcbur olur.
Partizanlardan qaçan Jivaqo geri, Urala-yuraatinə qayıdır. Orada o yenidən Larisa ilə görüşür. Jivaqonun arvadı Tonya isə Moskvada xaricə mühacirət etməyə can atırdılar. Birtəhər qışı yola vermək üçün Yuri və Larisa Varikondaki bir malikanədə gizlənirlər. Çox keçmir ki, gözlənilməyən qonaq Komarovski onlara təşrif buyurur. Komarovski Uzaq Şərq respublikasında ədliyyə nazirliyinə rəhbərlik etmək üçün dəvət edilmişdi. O Yurini dilə tutaraq Larisa və qızını tək buraxmağı məsləhət görür. Özü isə Larisanı xaricə keçirməyə kömək edəcəyini bildirirdi. Yuri Jivaqo Larisanı bir daha görə bilməyəcəyini bilsə də bu təklifə müsbət cavab verir.
Bundan sonra isə Doktor Jivaqo həddindən artıq alkoqola aludə olaraq ağlını itirməyə başlayır. Tezliklə Pavel Antipov (yeni soyadı ilə Strelnikov) Varikona gəlir. O Yuriyə inqilabdaki iştirakından, Lenindən, Sovet hökümətinin idellarından bəhs edir. Lakin Larisanın bu müddət ərzində Yurini sevdiyini öyrəndikdə ov tüfəngi ilə özünü öldürür. Strelnikovun ölümündən sonra Jivaqo öz sonrakı həyatı uğrunda mübarizə aparmaq ümidi ilə Moskvaya yola düşür. Orada o, özünün son həyat yoldaşı olan Marina ilə tanış olur. Marina ilə olan münasibətindən isə Jivaqonun bir qız övladı dünyaya gəlir. O, tədricən öz elmi və bədii fəaliyyətlərindən uzaqlaşmağa başlayır. Bunu özü də hiss etsə də, buna qarşı heç bir iş görə bilmir. Bir gün səhər işə gedərkən onun halı pisləşir və o tramvayda ürək tutmasından sonra vəfat edir. Onunla vidalaşmaq üçün ögey qardaşı Evqraf və Larisa onun dəfn mərasiminə gəlirlər. Bundan sonra isə Larisa həmişəlik itkin düşür.

Boris Pasternak - "Doktor Jivaqo" əsərinin Türk dilində PDF formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilərlər.

https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1751-boris-pasternak-doktor-jivago.html