İngilis bioloq və elm adamı Çarlz Darvin tərəfindən qələmə alınan “Növlərin Mənşəyi“ əsəri 1859-cu ildə nəşr edilmiş, elm tarixində olduqca mübahisə doğurmuş və bu gün də müzakirəsi geniş olan bir əsərdir. Əsərin ingiliscə ilk adı “On The Origin off Species and the by means of natural selection or the presevation of favoured races in the struggle for life”-dır . Bu ad dilimizə “Təbii seçim yolu ilə növlərin mənşəyi ya da həyat mübarizəsində avantajlı irqlərin qorunması üzərinə” olaraq tərcümə edilir. Lakin 1872-ci ildə Darvin əsərin adını dəyişərək “The Origin of Species“, yəni “Növlərin Mənşəyi” adını verdi.
Darvinin bu əsərdəki yazıları 22 yaşında gəmi ilə çıxdığı səyahətində, xüsusi ilə də Qalapaqos adalarını ziyarət etdikdən sonra qələmə alınmışdır. Bu adada axtarışlar aparan Darvin, buradaki Fringilla quşlarının eyni bir atadan gəldiyini düşünmüşdü. Hər adada, digər adaya uçaraq çata bilməyən quşlar, yaşadıqları adanın mühitinə uyğun bir şəkildə formalaşmışdı. Bundan başqa Qalapaqos tısbağaları üzərində də müşahidə aparan Darvin, bu canlıların da hər adanın öz mühitinə uyğun bir şəkildə formalaşdığını müşahidə etdi. Və qələmi əlinə alaraq, hər növün keçdiyi təkamül yoluna görə digər növlərdən fərqləndiyini qeyd etdi.
Darvin, növlərin lazım olandan daha çox törədiklərini, aralarında uğurlu olan variyasiyaların olduğu mühitə uyğun bir şəkildə ayaqda qaldıqlarını müşahidə etdi. O, yeni dünyaya gələn balaların yaşamaq uğrunda mübarizə aparması lazım olduğunu, mühitə uyğunlaşan növlərin həyatına davam etdiyini, uyğunlaşa bilməyənlərin isə ortadan qalxdığını, uyğunlaşmış fərdlərdən isə irsi olaraq digər nəsillərə ötürüldüyünü qeyd edirdi.Bundan başqa o, insanın da digər məməli canlılardan fərqlənmədiyini, təkamülə uyğun bir şəkildə formalaşdığını və insanların hamısının əcdadının bir olduğunu qəbul edirdi.
“İnsan meymunlarla eyni bir növdən gəlməkdədir; amma meymunların keçirdikləri təkamül nəticəsində meydana gəlməmişdir. Burada söz mövzusu olan ortaq bir əcdaddır.” – Çarlz Darvin
Əsər öz-özlüyündə bədii xarakter daşımadığndan, əsərdən bir neçə hissələrin məzmununu diqqətinizə çatdırmaq istəyirəm.
Ç.Darvin “Növlərin Mənşəyi“nin əvvəlində Süni Seçmə və onun ən böyük tətbiqi olan əhilləşdirmə mövzusuna toxunmuşdur. Quşlar, itlər, pişiklər və bənzər ev heyvanları üzərində aparılan əhilləşdirmənin necə təmin olunduğunu, hansı mexanizmlərdə dəyişikliyin gerçəkləşdiyini ortaya qoymaqda və fərqli çarpazlamaların nəticələrini ələ almaqdadır. Əsərin bu hissəsi adətən heyvan baxıcıları üçün dərs xarakteri daşıyır.
Müəllif növbəti hissədə ilk hissədə sadaladığımız canlıların, təbiətdə də, insanın iştirakı olmadan təbii mühitin təzyiqi altında formalaşa və dəyişə biləcəklərini açıqlayır. Lakin Təbii Seçmənin xarakteri barədə bu hissədə o qədər də çox məlumata rast gəlməyəcəksiniz. Süni Seçmə yolu ilə növlərin dəyişə biləcəyini qəbul edən bir şəxs, Təbii Seçmə yolu ilə də növlərin formalaşa biləcəyini qəbul etmək məcburiyyətindədir.
Herbert Spenserin, Darvinin fikirləri üzərinə ortaya atdığı “Ən yaxşının həyatda qalması“ metaforasını da qeyd etmək yerinə düşər. Əsərin növbəti fəsilində canlıların bir-biriləri olan mübarizələrindən bəhs olunur. Hissənin sonunda isə növlərarası mübarizəni və qarmaqarışıq münasibətləri ortaya qoyaraq, təbiətin çox qatı mübarizələrə şahid olduğu qeyd olunur. Bununlda da Darvin təbiəti bir döyüş meydanına bənzədir.
Əsər ətrafında edilən mübahisələri bir kənara qoyaraq qısaca onu deyə bilərəm ki, tez-tez sizin də ağlınıza “Biz kimik? Haradan Gəldik? Necə gəldik? Haraya gedirik?” kimi suallar gəlirsə o zaman vaxt itirmədən bu əsəri oxumağınızı məsləhət görürəm.
Ç.Darvin - "Növlərin Mənşəyi" əsərinin Türk dilində EPUB formatında elktron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.
https://www.kitabyurdu.org/kitab/biologiya/1756-charles-darwin-turlerin-kokeni.html