KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Con Apdayk - Dovşan Qaç


Şeçilmişlər Con Apdayk - Dovşan Qaç

ADI:
Dovşan Qaç
REYTİNQ:
  • +16
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
483 KB
Oğlan uşaqları gövdəsinə səbət bərkidilmiş telefon dirəyinin ətrafında basketbol oynayırlar. Ayaqlar görünüb – yox olur. Qışqırırlar. Çınqıl üstündə kedlərin cırıltısı və xışıltısı onların səslərini, naqillərin üzərindəki mart səmasının yüksək nəmli göyümtülüyünü katapulta edir. Dovşan Enqstrom döngə ilə gedir, yaşı iyirmi altı və boyu altı fut üç düym olsa da, əynində ciddi işgüzar kostyum var, o dayanıb baxır. Dovşan olmağa bir az ucadır, ancaq enli ağ sifəti, açıq-mavi damağına siqaret qoyanda qısa burnu altındakı üst dodağını, əsəbi səyriməsi ona uşaq olduğu vaxt verdikləri bu ayamanı qismən izah eləyir. O dayanıb fikirləşir: uşaqlar böyüyürlər, səni hər tərəfdən sıxışdırırlar.
Onun burada olması uşaqlara qəribə gəlir. Onlar öz kefləri üçün oynayırlar, daha özlərini kakao rəngli qoşabortlu pencəkdə şəhəri veyillənən hansısa böyük əmiyə göstərmək üçün yox. Yaşlı adamın döngəni niyə piyada keçib getməyi, ümumiyyətlə, aydın deyil. Onun avtomobili haradadır? Siqaret ona lap hədələyici görkəm verir. Bəlkə, o, siqaret, ya da pulun əvəzində süni buz fabrikinin arxasnda gəzişməyi təklif edənlərdəndir? Belə fokuslar haqqında artıq eşidiblər, ancaq onları belə asanlıqla qorxuda bilməzsən, axı altı nəfərdirlər, o isə təkdir.
Top həlqəyə dəyib altısının da başı üzərindən uçur və birinin ayaqları yanında düşür. Onun topu qamarlayarkən qısa təkanının sürəti uşaqları heyrətləndirir. Sakitləşib onun qaranlıq siluetinə baxırlar – yaz səması fonunda eynilə qəfil peyda olan zavod borusudur ki var. O, tütün tüstüsünün mavi dumanı arxasından gözlərini qıyıb baxaraq ayaqlarını ehtiyatla götürüb-qoyur və barmaqlarını topun qarşısında əsəbi hərəkətlə fırladır. Dırnaqlarında enli ayparalar ağarır. Birdən bu adam çömbəlir və top, sanki, pencəyinin sağ yaxasından sürüşərək onun çiynindən qopur, deyəsən, heç dayağa tərəf də uçmur – heç oranı nişanlamayıb da – düz səbətə düşür və yüngülcə xışıldayaraq tordan keçir.
Loğman Quluzade
Mende elektron kitab oxuyucu var. PDF kitablari orada oxumaq zülümdü. Ancaq EPUB başqa mesele. Amma Azerbaycan dilinde EPUB tapmaq mümkün deyil. Xahiş edirem dah çox EPUB kitab elave edesiniz. Və ümumiyyetle Azərbaycan dilli kitabların sayını artırarsız. Bu kitaba görə də çox sağ olun.
  • 13 dekabr 2017 22:04
  • Status: