XIX əsrin böyük rus yazıçısı, rus milli ruhunun dərin ifadəçisi Fyodor Mixayloviç Dostoyevski dünya ədəbiyyatının, eləcə də fəlsəfi və estetik fikrinin inkişafına güclü təsir göstərmişdir.Dostoyevski realizmin əsasında insan istirabları, tapdalanmış və təhqir edilmiş şəxsiyyətin faciəsi dayanır. Belə şəxsiyyətlərdən biri oxuyucuların diqqətinə təqdim olunan bu kitabın - "Cinayət və Cəza" romanının qəhrəmanı Raskolnikovdur. Yazıçı humanist niyyətlərini şər yolla həyata keçirməyə cəhd edən qəhrəmanın tutduğu yolu inkar edir və çıxış yolunu insanın gerçəkliklə barışmasında görürdü.