KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Lissabon Gecəsi - Erix Maria Remark EPUB


Şeçilmişlər Lissabon Gecəsi - Erix Maria Remark EPUB

ADI:
Lissabon Gecəsi
REYTİNQ:
  • +24
MÜƏLLİF:
DİL:
FORMAT:
Gözümü gəmidən çəkmirdim. Sahildən xeyli aralı dayanmışdı, çılçıraq içində, Texoda1. Bir həftədir Lissabonda olmağıma baxmayaraq, bu şəhərin laqeyd işığına hələ də alışmamışdım. Baş götürüb gəldiyim ölkələrdə şəhərlər gecə vaxtı kömür mədənləri kimi, qaranlıqda uyuyurdu və həmin qaranlıqda bircə dənə fənər orta əsrlərdəki vəba kimi qorxulu idi. Mən iyirminci yüzilin Avropasından gəlirdim. Yük vurulan gəmi sərnişin daşıyan buxar gəmisiydi. Bilirdim ki, ertəsi axşam yola düşəcək. Çılpaq elektrik çıraqlarının parlaq işığında ət, balıq, konserv, çörək və göyərti yüklənirdi; fəhlələr bağlamaları sürüyə-sürüyə göyərtəyə daşıyır, kran da yeşik və yük taylarını havada elə səssiz yellədirdi ki, deyərdin, çəkisizlik şəraitidir. Gəmi gediş tədarükü görürdü, sanki, bəşəri daşqın çağında Nuhun gəmisi idi. O, doğrudan da, Nuhun gəmisiydi. 1940-cı ilin bu aylarında Avropanı tərk edən hər bir gəmi Nuhun gəmisi sayılırdı. Ararat2 dağı isə Amerika idi, daşqın da hər gün qalxırdı. O, Almaniya və Avstriyanı çoxdan basmışdı, Polşa və Praqada isə dibi görünmürdü; Amster¬dam, Brüssel, Kopenhagen, Oslo və Paris çoxdan bu daşqında yox olmuşdu, İtaliyanın şəhərləri batmaq üzrəydi, İspaniya da qorxusuz deyildi.

Portuqaliya sahilləri ədaləti, özgürlüyü və dözümlülüyü vətən və varlıqdan ustün tutan qaçqınlar üçün son sığınacaq olmuşdu. Kim buradan Müqəddəs Amerika Torpağına düşə bilməzdisə, batmışdı. O, imtinalı giriş-çıxış vizalarının, əlçatmaz iş və daldalanma razılıqlarının, qaçqın düşərgələrinin, bürokratiyanın, tənhalığın, qəribliyin və çox vaxt müharibə, qorxu və qıtlığın nəticəsi kimi hər bir fərdin taleyinə yönəlmiş dəhşətli ümumi biganəliyin burulğanında al qana bulaşmalı olacaqdı. Bu çağlarda insan artıq bir heçdir; keçərli bir pasport, vəssalam.Oynamaq üçün mən günortadan sonra Estoril kazinosunda olmuşdum. Hələ ki, əynimdə tutarlı bir kostyüm vardı və məni içəri buraxmışdılar. Bəxtimi sınamaq üçün bu, son, ümidsiz bir cəhd idi.

Portuqaliyada qalma icazəmiz bir-iki gündən sonra bitirdi və Rutla mənim ayrı vizamız yox idu. Texoda dayanmış gəmi axırıncı idi, Fransada ümid edirdik ki, onunla Nyu-Yorka gedə biləcəyik; amma biletlər bir neçə ay qabaq satılıb qurtarmışdı, bizimsə Amerikaya getmək icazəmiz olmamaqla yanaşı, yolpuluna da üç yüz dollarımız çatmırdı. Burada mümkün olan yeganə bir yolla - oyunla - pul əldə etməyə çalışdım. Mənasız cəhd idi, çünki lap elə udmuş olsaydım da, gəmiyə minmək üçün mütləq möcüzə baş verməli idi. Amma qaçqınlıq və ümidsizlikdə, eləcə də, qorxu içində yaşayanda adam möcüzələrə inanmağa başlayır, yoxsa, yaşaya bilməzsən.
 Olub-qalan altmış iki dollarımızdan əlli altısını uduzdum.