Dünyada hekayə janrı tarixinə ən yaxşı qurulmuş dialoqlarına görə düşən Reymond Kerverin uzun hekayəsi "Sevgidən bəhs edəndə nə danışırıq" əsəri ilə birlikdə:
M Ü N D Ə R İ C A T
Reymond Kerver............................................Sevgidən bəhs edəndə nə danışırıq
İvan Bunin.............................................................................................Yüngül nəfəs
Entoni Dor..........................................................................................Yaddaş divarı
Kuzey Kayahan Saran.........................................................................................Yara
Melisa Kesmez...............................................................................Qarpız dilimləri
Hakan Bıçakcı.................................Rufus Ueynraytın sənin toyunda nə işi var?
Yusuf İdris..................................................................................Çuxurlaşmış döşək
Necati Tosuner ................................................................................................Sonra
Kuzey Kayahan Saran.....................................................................Satılıq ağlaşma
Melisa Kesmez.....................................................................................Balıq peçenye
Amerika şairi və yazıçısı, hekayə və xüsusilə novella ustası Reymond Kerver 25 may 1938-ci ildə ABŞ-ın Oreqon ştatında dünyaya gəlib. XX əsrin ikinci yarısında ingilisdilli ədəbiyyatda qısa hekayələr ustası kimi tanınır. Minimalizm və realizm cərəyanlarının nümayəndəsidir. İki dəfə – 1983-1988-ci illərdə O.Henri Mükafatına layiq görülüb. Beş şeirlər toplusunun, beş hekayələr kitabının müəllifidir. Əsərlərinin motivləri əsasında və özü haqqında filmlər çəkilib. 2014-cü ildə meksikalı kinorejissor Alexandro İnarritu tərəfindən ekranlaşdırılan “Bördmən” filmində “Sevgidən bəhs edəndə nə danışırıq” hekayəsi baş qəhrəmanın dramasının çevrildiyi məqamlarda fonda səslənir. Haqqında Mark Maksvellin “Niksonkarver” romanını yazdığı Reymond Kerver 2 avqust 1988-ci ildə Vaşinqtonda vəfat edib. Dostum Mel Mak-Qinnis danışırdı. O kardioloqdu, ona görə də bəzən danışmağa haqqı var. Biz dördlükdə onun mətbəx masasının arxasında oturmuşduq və cin içirdik. Mətbəx çanağının arxasındakı geniş pəncərədən düşən günəş işığı buranı işıqlandırırdı. Biz dediyim – Mel, mən, onun ikinci arvadı Tereza (biz onu Terri çağırırıq) və öz arvadım Loradır. O vaxt Albukerkdə yaşayırdıq. Hərçənd, ordakıların heç biri yerli deyildi. Masada içərisində buz olan vedrə vardı. Cin və cindən düzəldilmiş kokteyl buzun ətrafında dairə vuranda biz sevgi mövzusunda danışmağa başladıq. Mel həqiqi sevgini aşağı-yuxarı mənəvi sevgi kimi başa düşürdü. Deyirdi ki, tibb institutuna getməzdən əvvəl beş il seminariyada oxuyub. Və əlavə edirdi ki, seminariyada oxuduğu illərə həyatının ən əhəmiyyətli illəri kimi baxır.