Yalnız fransız ədəbiyyatının deyil, dünya ədəbiyyatının da ən görkəmli simalarından sayılan Viktor Hüqo özönün parlaq istedadının məhsulu olan əsərləri ilə bəşər bedii fikri tarixini zənginləşdirmişdir. XIX əsrin bu korifey sənətkarının yaradıcılığı ümumbəşər mənəvi sərvətləri xəzinəsində özünəməxsus yer tutur. Hüqo dühası, Hüqo irsi yer üzünün bütün xalqları üçün doğma və əzizdir. Hüqonun tükənməz yaradıcılıq aləmində “Səfillər” romamnm xüsusi çəkisi var. Dahi rus yazıçısı Lev Tolstoyun “fransız ədəbiyyatının ən yaxşı romanı” adlandırdığı bu ölməz əsər, demək olar, bütün dünya dillərinə tərcümə olunaraq müəllifinə əbədi şöhrət qazandırmışdır. Hamı üçün yazılmış "Səfillər" bu gün də qapıları döyür; “Açın, biz sizə gəlmişik” deyir. ölməz ədibin sahilsiz kedormin ayrılmaz parçası olan bu şah əsəri hər bir insana mənəvi cehətdən zənginlik qazandıracaq qüdrətə sahib romandır. Əgər “Səfillər” olmasaydı, dünya ədəbiyyatı həqiqətan də bir xeyli yoxsul görünərdi.