KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Vaclav Havel Gücsuzlərin Gücü


Şeçilmişlər Vaclav Havel Gücsuzlərin Gücü

Vaclav Havel Gücsuzlərin Gücü PDF
ADI:
Gücsuzlərin Gücü
REYTİNQ:
  • +13
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2011
ÖLÇÜSÜ:
961 KB
Vaslav Havelin “Gücsüzlərin gücü” əsəri bu gün də dünyanın bir çox avtoritar ölkələrində gücsüzləri ruhlandırır, ümidləndirir və gücləndirir. 1978‑ci ildə bu yazı yazılanda Çexoslovakiya dərin mənəvi böhran və siyasi durğunluq içində idi. “Xartiya‑77”‑nin iştirakçıları repressiyalara məruz qalırdı, dəyişikliyin baş verəcəyi ümidlər yox səviyyəsinə enməkdə idi. Belə bir böhranın içində bir çox dissidentlər Havelin yazısını ümid çırağının yandırılması kimi bir hadisəyə bənzətdilər. Əsərin yazılmasından bir neçə ay sonra Havel özu həbs olundu və dörd il yarım müddətinə azadlıqdan məhrum edildi. Amma məhbus mütəfəkkirin yazısı daha da populyarlaşır və dəyişimin baş verməsinə öz əvəzolunmaz töhfəsini verməkdə davam edirdi. 1989‑cu ildə güclülər gücsüzlərin gücünə tab gətirə bilmədi və Çexoslovakiyanın kommunist sistemi çökdü. Bu əsər Azərbaycandakı bir çox aktual diskussiyalara da öz töhfəsini verə bilər. Yalan və həqiqətin insanın kimliyinə təsiri, həqiqətin və ifadə azadlığının qapalı sistemlərə yaratdığı təhlükələr, birbaşa siyasi işin
dəyəri və məhdudiyyətləri, qeyri‑siyasi yanaşmanın gücü və potensialı ilə bağlı bilgilərlə yanaşı dəyişim hardan gələ bilər, kim dissident sayıla bilər kimi suallara cavab axtarırsınızsa, bu yazını hökmən oxuyacaqsınız. Elə burdaca “başımı aşağı salıb, işləyim” yanaşmasının perspektivləri, “müxalifət” sözünün dekonstruksiyası və digər maraqlı mövzulara da nəzər yetirilir. Müəyyən tipli qapalı sistemlərdə və cəmiyyətlərdə nələri edərək dəyişikliyə töhfə vermək mümkündür? Paralel şəbəkələrin yaradılması, məsuliyyətin “indi və burda” qəbul edilməsi, azadlıq mübarizəsinin təmizliyinin təmin edilməsi kimi ciddi məsələlərə də toxunulan yazını oxuyarkən Azərbaycan reallığı barəsində düşünməmək mümkün olmur. Mən bu əsəri ilk dəfə 2009‑cu ildə həbsxanada olarkən oxudum. Dostlarımın mənə göndərdiyi əsərin ingiliscəyə tərcüməsi idi və hədiyyə çox yerinə düşmüşdü. Məhz orda, məhz həmin anda bu əsərin mənə verdiyi güc hava, su kimi gərəyim idi.
“Mən gücsüz deyiləm” deyib keçməyin. Gücsüz olaraq gücünüzü görün. Bu əsəri Azərbaycan dilinə tərcümə edən fədakar gücsüzlər bu kitabı oxuyacaq gücsüzləri düşünərək, onların daha da güclü olması üçün hədiyyə edirlər. Gəlin bu kitaba da bir hədiyyə kimi baxaq. Əgər sevgilinizin, ailə üzvünüzün, dostlarınızın, qohumlarınızın və tanışlarınızın daha da güclü olmasını istəyirsinizsə, bu yazını onlara bayramlarda, ad günlərində və ya sadə bir gündə hədiyyə edin. Onlara bu kitabla birgə ümid verdiyinizi düşünün. Gəlin bir‑birimizi sevindirək və gücləndirək.
Emin Milli