Əgər, siz, doğrudan da, mənim başıma gələn busarsaq əhvalata qulaq asmaq fikrindəsinizsə, onda, yəqin, birinci bunu bilməkistəyəcəksiniz ki, mən harada və haçan anadan olmuşam, uşaqlığım hansı bəd əməllərləəlamətdar olub, mən doğulanacan valideynlərim nə işin sahibi olublar və sair vəilaxır, qısası Devid Kopperfild sicilləməsi; ancaq, düzünü bilmək istəsəniz, mənimbu cür köhnə palan içi tökməyə heç həvəsim yoxdur. Əvvələn, ona görə ki, beləşit şeylərdən zəhləm gedir, ikincisi də, əgər, burada mən öz valideynlərim barədəbir-iki qəşəng, gəlişi xoş söz desəm, onları oradaca ikiqat infarkt vurar. Mənimvalideynlərim belə şeylərə yaman dözümsüzdülər, illah da atam. Çox gözəl adamdırlar– buna sözüm yox, ancaq, neyləyəsən, bərk dəymədüşərdirlər. Bir də ki mən sizəbaşdan-ayağa öz tərcümeyi-halımı danışmaq niyyətində deyiləm, sadəcə, xəstələnibbura düşməmişdən qabaq, keçən milad bayramında başıma gələn sarsaq bir əhvalatdansöhbət açmaq istəyirəm......