Siz varsınız, mövcudsunuz, eyni zamanda da yoxsunuz, mövcud deyilsiniz. Dostlarımdan biri mənətəklif edəndə ki həftədə bir dəfə sizə məktub yazım, onda mən xəyalən sizin obrazınızın cizgilərinicızmağa başladım və təsəvvürümdə sizi gözəl yaratdım – həm qəşəng, həm də ağıllı, dərrakəli: Mənbilirdim: siz mənim xəyalımda uzun müddət donub-qalmayacaq, çox tezliklə canlanacaqsınız və mənimgöndərdiyim məktubları oxuyub onlara cavab verəcək, müəllifin həsrətlə gözlədiyi hər şeyi mənədanışacaqsınız.İlk gündən mən sizə müəyyən bir sima vermişəm – bu sima mənim teatrda gördüyüm son dərəcə gözəlvə gənc bir qadının simasıdır. Yox, o qadın teatrın səhnəsində deyildi, salonda idi. Mənim böyrümdəolan adamlardan heç biri onu tanımırdı. Həmin vaxtdan siz o qadının gözlərini və dodaqlarını, səsini vəboy-buxununu almısınız, bununla belə, bu cür hallarda gözlənildiyi kimi, hələ də Yad qadın olaraqqalırsınız.