Müəllif əsərdə göstərir ki, ailə həyatı dözülməzdirsə, qadının bu həyatı pozmağa və özünün istədiyi kimi hərəkət etməyə ixtiyarı vardır. Jorj Sandın fikrincə "İndiana" romanı ümumiyyətlə zülmə qarşı baş qaldırmış bir etirazdır.
XIX əsr Fransa ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Jorj Sandın bu əsəri böyük şöhrət qazanmışdır. İndiananın ailə faciəsi əsərin baş xəttini təşkil edir.