KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Erix Maria Remarx Lissabon gecəsi


Şeçilmişlər Erix Maria Remarx Lissabon gecəsi

Erix Maria Remarx Lissabon gecəsi PDF
ADI:
Lissabon gecəsi
REYTİNQ:
  • +7
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
4.74 MB
Gözümü gəmidən çəkmirdim. Sahildən xeyli aralı dayanmışdı, çilçıraq içində Texodal. Bir həftədir Lissabonda olmağıma baxmayaraq, bu şəhərin laqeyd işığına hələ də alışmamışdım. Baş götürüb gəldiyim ölkələrdə şəhərlər gecə vaxtı kömür mədənləri kimi, qaranlıqda uyuyurdu və həmin qaranlıqda bircə dənə fənər orta əsrlərdəki vəba kimi qorxulu idi. Mən iyirminci yüzilin Avropasından gəlirdim.
Yük vurulan gəmi sərnişin daşıyan buxar gəmisiydi. Bilirdim ki, enəsi axşam yola düşəcək. Çılpaq elektrik çıraqlarının parlaq işığında ət. balıq, konserv, çörək və göyərti yüklənirdi: fəhlələr bağlamaları sürüyə-sürüyə göyərtəyə daşıyır, kran da yeşik və yük taylarını havada elə səssiz yellədirdi ki. deyərdin, çəkisizlik şəraitidir. Gəmi gediş tədarükü görüldü, sanki, bəşəri daşqın çağında Nuhun gəmisi idi. O. doğradan da. Nuhun gəmisiydi. 1940-cı ilin bu aylarında Avropam tərk edən hər bir gəmi Nuhun gəmisi sayılırdı. Ararat2 dağı isə Amerika idi. daşqın da hər gün qalxırdı. O. Almaniya və Avstriyam çoxdan basmışdı. Polşa və Praqada isə dibi görünmürdü; Amsterdam. Brüssel. Kopenlıageıı. Oslo və Paris çoxdan bu daşqında yox olmuşdu. İtaliyanın şəhərləri batmaq üzıəydi. İspaniya da qorxusuz deyildi. Portuqaliya sahilləri ədaləti, özgürlüyü və dözümlülüyü vətən və varlıqdan ııstıin tutan qaçqınlar üçün son sığınacaq olmuşdu. Kim buradan Müqəddəs Amerika Torpağına düşə bilməzdisə, batmışdı. O. imtiııalı giriş-çıxış vizalarının, əlçatmaz iş və daldalanma razılıqlarının, qaçqın düşərgələrinin, bürokratiyamıı. tənhalığın, qəribliyin və çox vaxt müharibə, qorxu və qıtlığın nəticəsi kimi hər bir fərdin taleyinə yönəlmiş dəhşətli ümumi biganəliyin burulğanında al qana bulaşmalı olacaqdı. Bu çağlarda insan artıq bir heçdir: keçərli bir pasport, vəssalam.