“Taun romanı Fransanın faşistlər tərəfindən işğal olunduğu dövrdə və bu işğalın tə’siri altında yazılıb. Əsərdə insan fədakarlığı, başqalarını ölümdən qurtarmaq naminə öz həyatını hədə altında qoyan insanların fədakarlığı ilə eyni bəlaya laqeydliklə baxanların xudpəsəndliyi üz-üzə qoyulub. Taun xəstəliyi yayılmış, xarici aləmlə əlaqələri kəsilmiş bir şəhərdə müxtəlif təbəqə nümayəndələrinin iç üzü, mə’nəviyyatı açılır.
Müharibə illərində və müharibədən sonrakı ilk illərdə Kamyu bir sıra dram əsərləri (“Kaliqula — 1944, “Anlaşılmazlıq — 1944, “Düzgünlər — 1950), hekayə və məqalələr də yazıb. “Kaliqula pyesində qədim imperatorun qəddarlıq və şıltaqlıqları, onu əhatə edənlərin mütilik və ikiüzlülüyü böyük yazıçı məharəti və sərt ifadələrlə təsvir olunub.
Alber Kamyu öz fəlsəfi fikirlərini bir sıra roman və esselərində biruzə verib. Onun “Uçuruma eniş romanı (1956) fəlsəfi romanlarının sonuncusudur. “Sizif əfsanəsi və “Üsyançı adam esselərində yazıçı həyatdakı uyğunsuzluqlardan və insanın üsyan ehtiyacından bəhs edir. Öz dövrünə, dövrünün tarixinə qarşı üsyan ehtiyacından bəhs edir. Öz dövrünə, dövrünün tarixinə qarşı üsyankar kimi çıxış edən Kamyu inqilablar və müharibələr arasında fərq qoymur, insan qırğınına səbəb olan hər tarixi hadisəni ədalətsiz və zorakı adlandırır.