Doxsan yaşım tamam olan gün özümə hədiyyə etmək qərarına gəldim - gənc bakirə qızla dəli bir eşq gecəsi keçirmək. Keçmiş zamanlarda əlinə «təzə-tər» qızlar düşən kimi öz xeyirxah müştərilərinə xəbər verən gizli görüş evinin sahibəsi Rosa Kabarkası xatırladım. Mən onun iyrənc təkliflərinə şirnikmirdim, o isə mənim prinsiplərimin təmizliyinə inanmırdı. «Əxlaq zamana baxır, - o, bədxahcasına gülümsəyirdi, - vaxt gələr, özün əmin olarsan». Rosa məndən azca kiçik idi və çox illərdi ondan xəbər-ətər eşitməmişdim, ola bilsin, artıq ölmüşdü. Ancaq elə ilk kəlmədən səsini telefonda tanıdım və salamsızfilansız dedim: