KitabYurdu » Kitab » Ədəbiyyat » Aforizmlər: seçilmişlərdən seçilmişlər


Şeçilmişlər Aforizmlər: seçilmişlərdən seçilmişlər

Aforizmlər: seçilmişlərdən seçilmişlər PDF
ADI:
Aforizmlər
REYTİNQ:
  • +14
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2012
ÖLÇÜSÜ:
3.08 MB
Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında seçilmişlərdən seçilmişlər. Kitaba Şərqin və Qərbin tanınmış mütəfəkkirlərinin dərinfəlsəfi məna kəsb edən aforizm və kəlamları daxil edilmişdir.Aforizmlərin böyük əksəriyyəti oxucuya ilk dəfədir ki, təqdim olunur.Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur. Adətən kitablar ön sözlə başlayır. Hikmət kitabının özəlliyiisə bundan ibarətdir ki, hər bir aforizm özü bir ön söz, sirlisehirlidüşüncə dünyasına açılan fərqli bir qapıdır. Bu dünyayaməhz hansı qapıdan girməyimizdən çox şey asılıdır. Çünki gözlərimizönündə hər dəfə yeni bir aləm açılacaqdır. Söz sözü gə-tirir və onların hər düzülüşündən bir naxış yaranır.“Fikrin düyün nöqtələri xalçanın ilmələri kimidir” (ƏbuTurxan). Lakin xalçada ilmələr vahid bir ahəngin ifadəsinəxidmət etdiyi halda, fikir düyünlərini eyni bir ahənglə düzməkdaha çətin bir məsələdir. Ona görə də fikirlərin düzülüşündən,neçə birləşməsindən asılı olaraq, çox müxtəlif ahənglər yaranır.Fikrin bu tipli ümumiləşmiş, universallaşmış, yığcam, lakonikdeyilişləri əslində fəlsəfi təfəkkürdən ciddi surətdə fərqlə-nir. Belə ki, bütün bu deyimlər hansı isə məqamın önə çəkilmə-si, vurğulanması, bəzən hətta mütləqləşdirilməsi hesabına yaranır.Yəni burada təhlil yoxdur və konkret situasiyanın doğurdu-ğu əlahiddə şərtlərdən sərf-nəzər edilir.Riyaziyyat, təbiət elmləri ona görə dəqiqdirlər ki, buradafikir ilkin vəziyyətin, verilənlərin kafi əsas olması şərti ilə yürü-dülür. İlkin vəziyyətdən asılı olmadan, bütün zamanlarda vəməkanlarda hamı üçün eyni, universal prinsiplər fəlsəfənin preroqativinə aiddir. Amma müdrik fikirlər də həmin bu statusa iddialıdır.Bir fərqlə ki, fəlsəfə həqiqətən ən ümumi anlayışlardançıxış edir və hər hansı bir konkret həyati məsələdə bələdçi, məsləhətçiolmaq iddiasına düşmür. Amma müdriklik aşağılarda,gerçək həyatın özündə və bəzən hətta dibində baş verənləriümumiləşdirir və insanlara həyat və fəaliyyətində yol göstərməkvə ya bu yola çıraq tutmaq iddiası ilə çıxış edir.