Kitaba XVII-XIX əsrlər fransız ədəbiyyatının görkəmli nümayəndələrindən Jan Batist Molyer, Şarl Perro, Fransua Mari Volter, Pyer Ogüsten Karon de Bomarşe, Anri de Sen-Simon, Klod Jozef Ruje de Lil, Pyer Jan de Beranje, Anri Mari Stendal, Aleksandr Düma, Viktor Hüqo, Jerar de Nerval, Alfons Dode, Pol Verlen, Gi de Mopassan, Artur Rembo, Jül Renar, Giyom Apolliner, Andre Morua, Pol Elüar, Marsel Eme, Jan Pol Sartr, Ümmül Banu, Anri Truaya, Mari Luiza Ver, Alber Kamü, Pyer Qamarranın əsərləri daxil edilmişdir.
XX əsrin fransız ədəbiyyatı da geniş dünya şöhrəti tapmışdır. Müasir fransız ədəbiyyatı özünün keçmiş sirayəiedici ən’ənələrinə sadiq qalaraq bütün qitələrdə oxucuların qəlbinə yol tapa bilib. Bu ədəbiyyatın bir çox nümunələri dünya şöhrəti tapıb, onların ana dilimizə çevrilməsi işi isə xeyli ləngiyir. XIX-XX əsr fransız yazıçılarının bir qismi, onların yaradıcılığı, oxuduğum, tərcümə etdiyim və bələd olduğum əsərləri bir kitab həcmində toplayıb qısa da olsa mə’lumat vermək istəyirəm.
Bir cildlik antoloji vasitəsilə fransız ədəbiyyatı ilə tanışlıq, güclü, şəffaf bir çeşmədən bir içimlik su götürmək kimi görünür. Əsrin əvvəlindən bəri fransız ədəbiyyatından dilimizə birbaşa yaxud rus dili vasitəsilə çevrilmiş nümunələri toplayıb redaktə etmək, yeni dəyərli əsərləri tərcümə edib bir neçə cildlik fransız ədəbiyyatı antoloji tərtib etmək isə yəqin ki, gələcəyin və peşəkar bir kollektivin işidir. Bilmirəm təsüflənməyə dəyər yoxsa yox, amma mənim bir ömürlük mütaliəmin böyük hissəsi fransız ədəbiyyatının payına düşür. Hələ fransız dilini yaxşı öyrənməyə başladığım tələbəlik illərindən əlimə düşən bütün fransız kitablarını oxuyurdum. Tələbəlik illərindən sonra Afrikada, Mali respublikasında tərcüməçi işlədiyim illərdə yaşadığım şəhərlərdə fransızlardan qalma kitabxanalar-dakı kitabların əksəriyyətini yararlı-yararsızlığına baxmadan gecə-gündüz oxuyurdum. Doğrudur, həmən illər fransız ədəbiyyatına və müəlliflərə yaxşı bələd olmadığıma görə əlimə düşən bütün kitabları oxuyurdum və bu kitabların əksəriyyəti dedektiv və polis mövzulu kitablar idi. Az qala bir gecəyə oxuduğum bir kitab bə’zən bir neçə gündən sonra mövzusu ilə birgə unudulurdu. Amma onların içində sosyal mövzulu, yadda qalan əsərlər də olurdu. Sonralar, əlcəzairdə işlədiyim illərdə isə kitabları və müəllifləri seçmə imkanım da var idi. Saatlarla bukinist dükanlarında vaxt itirir, kitabları ancaq reklamlı üzlüklərə görə deyil, mövzu və müəlliflərə görə də seçmək imkanı qazanırdım. Məhz rona görə də 1982-ci ildə Əlca-zairdən gəmi ilə Azərbaycana qayıtdığım vaxt Odessadakı Sovet kömrük işçiləri yükümün böyük hissəsinin fransız kitablarından ibarət olduğunu görüb çox təəccüblənmişdilər. Yalnız Sovet yazıçıları birliyinin üzvülük vəsiqəsinin təqdimi, kitablar haqda sorğu-sualdan, bədii tərcümə ilə məşğul olduğumu dedikdən və kinayəli baxışlardan sonra yüklərdə qızıl və başqa dəyərli əşlar axtaran gömrük işçilərinin əlindən qurtarıb həmən kitabları vətənə gətirə bildim. Məhz həmən kitablar təqdim olunan fransız ədəbiyyatı antolojisiin əsasını təşkil edir.