KitabYurdu » Kitab » Ədəbiyyat » Azərbaycan Dastanları - 4. cild


Şeçilmişlər Azərbaycan Dastanları - 4. cild

Azərbaycan Dastanları - 4. cild PDF
ADI:
Azərbaycan Dastanları - 4. cild
REYTİNQ:
  • +9
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
897 KB
Dastanlar xalq ədəbiyyatı məhsulu kimi ilhamını keçmişdən alan mənzum hekayələrdir. El aşıqları, saz şairləri tərəfindən sazla söylənən, xalq gözü ilə görülüb xalq ruhu ilə duyulan və xalq təxəyyülündə bir nağıl şəkli alan bu tarixlərin, millətlərin milli mənliklərinə dönmələrində, milli birlik oyandırıb, onları tanıtmaq və yaşatmaqlarında böyük təsiri var.
“Azərbaycan dastanları ”nm təqdim olunan cildi mükəmməl aşıq-dastançı ənənəsinin məhsulu kimi meydana çıxmış “Koroğlu” eposunu əhatə edir. Azərbaycanın ictimai-estetik təfəkkür tarixindəki mövqeyi baxımından yalnız “Dədə Qorqud kitabı” ilə müqayisəyə gələ bilən “Koroğlu” yüzillər boyu xalqın folklor təfəkküründə yaşamış, onun qəhrəmanlıq idealının faktı, hadisəsi kimi mövcud olmuşdur. El ədəbiyyatımızın, xüsusən aşıq sənətinin möhtəşəm əsəri kimi bu dastan mənsub olduğu xalqın əxlaqına, mənəviyyatına, psixologiyasına mükəmməl bir məktəb səviyyəsində əsrlərdlən bəri təsir göstərmiş, millətin epos düşüncəsinin miqyasını bütün genişliyi, çoxtərəfliliyi, zənginliyi ilə əhatə etmişdir.
“Koroğlu” eposunun baş qəhrəmanı, heç şübhəsiz, eposun mənsub olduğu xalqın ideallarının əsas daşıyıcısı Koroğludur - demək olar ki, bütün hadisələr, əhvalatlar onun ətrafında cərəyan edir. Misri qılınclı, Qıratlı Koroğlunun sazı gözəlləmə, ruhani üçün deyil, cəngi üçün köklənmişdir. Koroğlu səsi, Koroğlu sazı, Koroğlu sözü damarlarda axan qana belə təsir eləyir...