“Azərbaycan dastanları ”nm bu cildinə müasir dastanlardan şair Nəbi Kəlbəcərlinin “Dilsuz və Xəzangül’ü, Aşıq Əli Köçəsgərlinin “Şahzadə Bəhrəm”i ilə “Fərhad və Şirin”i, şair Novruzun “Sam şahzadə”si, Aşıq Şəmşirin “Şəmşir və Sənubər”i ilə yanaşı, kökünü əsasən xalq dastanlarından alan, folklora xas qədim ənənəni - şifahi yolla yaranma, təkmilləşmə xüsusiyyətlərini yaşadıb-qoruyan “Şahzadə Seyfəlmülük və Bədiəlcamal”, “Mahmudla Nigar”, “Arzı - Qənbər”, “Aşıq Ah” kimi dastan nümunələri daxil edilmişdir.
Mövzusu əsasən qəhrəmanlıq, sevgi, vətənpərvərlik olan həmin dastanlar el şairləri və telli saz ustadları tərəfindən yaradılmış olub məclislərdə özünə geniş yer tapmış, sazın, sözün müşayəti ilə ifa olunaraq maraqla dinlənilmişdir.
Bəlli bir qismi fərdi yaradıcılıq məhsulu olaraq meydana çıxan XX əsrin yadigarı bu dastanlar öz səviyyəsi, epizodlarının zənginliyi, süjet xətlərinin rəngarəngliyi, macəralarının maraqlılığı ilə klassik dastanlara nisbətən zəif təsir bağışlasa da, məzmunlarının dolğunluğu baxımından onlardan aşağıda dayansa da, klassik dastan irsinin davamı kimi diqqəti cəlb etməkdədir.