“Xoşbəxtlik ehtimalı” keçən əsrin 80-ci illərinin ikinci yarısında ədəbiyyata gələn şairin dördüncü bədii kitabıdır. Üç bölmədən ibarət kitaba müxtəlif illərdə qələmə alınmış şeirlər, şeir-esselər və şeir-pritçalar daxil edilmişdir. Müşahidə və yaşantılarını özünəməxsus bədii-fəlsəfi laboratoriyadan keçirən müəllif əsərlərində elmlə poeziyanın gerçək vəhdətinə nail olmuş, intellektual şeirin bariz nümunələrini yaratmışdır.