XIX əsrdə yaşamış, avar əsilli tarixçi və tərcüməçi Məhəmməd Tahirin “Şeyx Şamil” əsəri Dağstan və Çeçen xalqının milli azadlıq hərəkatının başçısı, əvəzsiz dini lider, sərkərdə, dövlət və ictimai xadimi Şeyx Şamilin həyat və yaradıcılığından bəhs edir.
İndiki Dağıstan və Çeçenistan ərazisində 20 ildən artıq bir zamanda mövcud olan “İmamət”-in əsasını qoyan Şeyx Şamil “müridizm” hərəkatını daha da genişləndirərək mərkəzi hakimiyyət qurmuş, rus imperializminə Qafqaz cəbhəsində ağır itkilər yaşatmışdı. Sonunda maddi və insan resurslarının tükənməsi təhlükəsi ilə üz-üzə qalan Şeyx Şamil ədalətli şərtlərlə ruslara təslim olur.
Məhəmməd Tahir uzun illər boyu Şamilin katibi vəzifəsini icra etmiş və onun avtobioqrafiyasını qələmə almışdı. Kitabın dili sadə olduğu qədər, axıcıdır da. Regionun ictimai-siyasi durumunu tədqiq etmək istəyənlər üçün bu kitab maraqlı mənbədir.