Bu cildə ədibin “Məhşər” tarixi-fəlsəfi romanı daxil edilib. XIV əsrdə Əmir Teymurun yürüşləri dövründə baş vermiş hadisələrdən, filosof Fəzlullah Nəiminin və böyük humanist şair Nəsiminin insan uğrunda qeyri-adi mübarizələrindən, habelə məşhur Şirvanşah İbrahimin hakimiyyəti illərində Azərbaycanda, İranda və Yaxın Şərqdə geniş xalq kütlələrinin taleyindən bəhs edən bu əsər yazıçının “Karvan” adlandırdığı roman və povestlər silsiləsinə daxildir.