KitabYurdu » Kitab » Ədəbiyyat » İsa Muğanna - Seçilmiş əsərləri. 5-ci cild


Şeçilmişlər İsa Muğanna - Seçilmiş əsərləri. 5-ci cild

İsa Muğanna - Seçilmiş əsərləri. 5-ci cild PDF
ADI:
Seçilmiş əsərləri. 5-ci cild
REYTİNQ:
  • +6
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2009
ÖLÇÜSÜ:
1 MB
İsa Muğanna - Seçilmiş əsərləri V cild. Bu cilddə yazıçının son illərdə qələmə aldığı "Qəbiristan" "Gürun", "Cəhənnəm", "İsahəq, Musahəq" romanları yer almışdır.
Gündüzlər günəşi, gecələr ayı, ulduzları əks etdirən, lal axınlı, enli arxın günbatanında, meşə tərəfində iki cərgə ağ daş kotteclərdən ibarət, tək küçəli Sudüşən qəsəbəsindən, bir nömrəli evdən çıxıb arxın solunda altı metr hündürlüyü ilə məşhur olan Əmirlilər mülkünə doğru qaçan Mariyanın arxasınca iki güllə atıldı. Mariyanın sol döşü üstündə başı ağ çit çəkili körpənin - çağanın başında çiti qırmızı boyayıb tökülən qan bir anda yeri - boz otluğu da al qana batırdı. Anası isə arxası üstə həmin al qanın üstünə döşənəndə Əmirlilər mülkündən də şaqqaşaq güllələr açıldı. Azacıq sükutdan sonra polis kapitanı - “Səmi” adlandırılan Səməd oğlu Əmirli açıq qapıdan həyətə atılıb, o yanda qızaran otluqda, meyitin yanında diz çökdü, sinəsindəki Kalaşnikov avtomatından bir nömrəli evlə tən üzbəüz fasadı ağaran iki nömrəli evin pəncərələrini deşik-deşik, xınc-mınc elədi. Sonra o yan-bu yana baxınıb, köməkçisi “Pyanska Şöşü” ləqəbli Şövkət Tahirlini yanında görüb xırıltı ilə soruşdu:
- Hardan atdılar? - Sualın cavabı aydın olduğuna görə düşmən qəsəbə önündə çox da ağlamayıb, meyiti körpə balası ilə birlikdə qucağına qaldırıb, səndələyə-səndələyə evə apardı, sifətdən ən gözəl rus gözəllərindən də gözəl, bədəncə nəhəng, amma olduqca simmetrik arvadı ilə ilk körpəsini taxtın üstünə endirib, dikəlib, avtomatı çiyninə keçirib, Mariyanın əli ilə ütülənmiş göyümtül ipək dəsmalla gözlərini, yanaqlarını sildi, qəddini düzəltdi.