KitabYurdu » Kitab » Ədəbiyyat » Əlibala Hacızadə Əsərləri. VII cild


Şeçilmişlər Əlibala Hacızadə Əsərləri. VII cild

Əlibala Hacızadə Əsərləri. VII cild PDF
ADI:
Əsərləri. VII cild
REYTİNQ:
  • +7
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
2.30 MB
Yazıçı Əlibala Hacızadənin bütün əsərlərini əhatə edən X cildliyinin VII cildinə müəllifin «Xoş gəlmisən Nərgizim», «Ölüm yoxdur», «Möcüzə» və «Yandırılmış adam» romanlarıı daxil edilmişdir.
MƏN - İş saatı yenicə qurtarmışdı. Evə - ailəsinin, uşaqlarının yanına, dükana-bazara tələsən şöbə əməkdaşları beş-altı stol, iki şkaf qoyulmuş, iri lay pəncərələri şəhərin ən gözəl, axar-baxarlı küçələrindən birinə açılan otağı tərk edib getmişdilər. İdarədə təkcə Toğrul qalmışdı. Buna o, uzun illərdən bəri adət eləmişdi. Hamı çıxıb gedəndən, gəl-get azalandan sonra o, redaktə etdiyi əsərin əlyazmasını təzədən qabağına çəkər, səbrlə, təmkinlə, düşünə-düşünə oxuyar və düzəlişlərini edərdi. Yorulanda qələmini yerə qoyub siqaret yandırar, qızarmış, yorğun gözlərini qənşərində qoyulmuş stola — Nərgizin stoluna dikər, hər səhər hamıdan qabaq gəlib suladığı dibçəkdəki «aşdım-daşdım» gülünə baxar-baxar, xəyalında Nərgizi öz yeri nə gətirib oturdar və ürəyində, səssiz-səmirsiz onunla dərdlə şərdi.