XX əsr Azərbaycan ədəbiyyatında fəxri yerlərdən birini tutan Mir Cəlal qiymətlihekayə və romanlar müəllifi kimi tanınmışdır. Ədibin güldürə-güldürə düşündürən,bir-birindən gözəl və mənalı onlarca əsəri ədəbiyyatımızın qızıl fonduna daxilolmuşdur.Təqdim olunan kitabda görkəmli yazıçının seçmə hekayələri və "Açıq kitab"romanı toplanmışdır. İdeya-bədii məqsədi, fikir qayəsi həmişə aydın və işıqlı olanmüəllifin bu hekayələrində həyatın dərin qatlarına enilir, köhnəliklə yeniliyinmübarizəsi, inkişafa mane olanların tənqidi önə çəkilir.Kəskin tənqidi-satirik ruhu ilə seçilən və sənətkarlıq baxımından qüvvətli "Açıqkitab" romanında isə dövrün əsas qüsuru kimi "gəldiyevçilik" əsl bədii-fəlsəfiümumiləşmə səviyyəsində ifşa olunur.