Bu cilddə oxuculara təqdim olunan nağıllar Gəncəbasardan ifa zamanı yazıya alınıb toplanmışdır. Cildə daxil edilmiş “Moltanı padşahı”, “Uşax pəhlivan”, “Yusiflə Sənubər”, “Padşah və dəmirçi” ilə yanaşı “Ovçu Pirim”, “Göyçək Fatma”, “Loğman”, “Kəsik baş”, “İskəndər Zülqəmeyn” və bu kimi bəzən bir, bəzən də bir neçə dəfə nəşr edilmiş süjetlərin yeni, maraqlı variantlarıdır. Çox uzaq keçmişlərlə bağlı inam və etiqadların, adət və ənənələrin izlərini yaşadan bu nağıllar içərisində müxtəlif süjet, motiv, hətta əfsanə, rəvayət və lətifələrin birləşməsindən ibarət olanları da var.
Cilddəki nağılların üslub xüsusiyyətləri qorunub saxlanmış, sondakı nağıl isə imlasına toxunulmadan bir nümunə kimi verilmişdir.