KitabYurdu » Kitab » Ədəbiyyat » Nəbi Xəzri - Seçilmiş Əsərləri I cild


Şeçilmişlər Nəbi Xəzri - Seçilmiş Əsərləri I cild

Nəbi Xəzri - Seçilmiş Əsərləri I cild PDF
ADI:
Seçilmiş Əsərləri I cild
REYTİNQ:
  • +18
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2004
ÖLÇÜSÜ:
495 KB
Müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan Nəbi Xəzrinin bu kitabına xalq şairinin müxtəlif dövrlərdə qələmə aldığı şeirlər toplanmışdır. Ana torpağa bağlılıq, vətənpərvərlik, insana xas ən saf duyğuların tərənnümü — Nəbi Xəzri poeziyasının başlıca gücü-qüvvəti bundadır. Lirik qəhrəmanın fəal həyat mövqeyi, hadisə və faktların sənətkarlıqla mənalandırılması, məzmun təzəliyi və forma mükəmməlliyinin təbii təqdimi kitabdakı şeirlərdə dolğun bədii əksini tapmışdır.
Yer kürəsində həyat həm üfüqi, həm də şaquli istiqamətdə yayılmışdır. Yer qabığı səthindən üç min metr dərinliyə qazılmış quyular vasitəsilə o mühitdə yaşayan bakteriyalar aşkar edilmişdir.
Yer səthində (torpaqda, suda, havada) və atmosferin yuxarı qatlarında mikroorqanizmlərə rast gəlinir. Yer səthinin üfüqi istiqamətində canlı aləm (suda, suda-quruda, quruda yaşayanlar) həyat sürür.
Deməli, İlahinin yaratdığı canlı aləm əlverişli mühitdə həm yerin dərinliklərinə, həm də göyün ənginliklərinə doğru inkişaf edir.
Buna uyğun olaraq insan təfəkkürü də nəinki Yer kürəsi, həm də kainat istiqamətinə yönəlir. İnsan düşüncələrinin əhatə dairəsi elmi-texniki tərəqqi işi ilə birgə genişlənir, yüksəlir, zaman və məkan daxilində məntiqi ardıcıllıqla inkişaf edir.
Nəbi Xəzri də müasir bəşəriyyətin tərkib hissəsinə daxil olan poetik təfəkkürlü bir şəxsiyyətdir. Ona görə də şairin poeziyasında həm doğma torpağa bağlılıq, həm də yerdən kainata nəzər salmaq qabiliyyəti vardır.
N.Xəzri yaradıcılığı üfüqi istiqamətdə bütün Azərbaycanı, Azərbaycan xalqını və onun ardınca dünya xalqlarını əhatə edir. Bu onun poetik yaradıcılığında qabarıq şəkildə öz əksini tapır.
N.Xəzriyə görə, azərbaycanlılar da bəşəriyyətin tərkib hissəsinə daxil olmuş yaxşı insanlardır. Bəşəriyyətdən təcrid edilmiş insanlar çıxdaşdırlar, həm də onlar qismən vəhşiliyi özlərinə həyat tərzi seçmiş canlılardır.
Şairin poetik yaradıcılığında sırf azərbaycanlılıqla yanaşı, bəşərilik də mühüm yer tutur. Bizcə, buna səbəb Nəbi Xəzri təbiətinin Azərbaycan mühitində yoğrulması, şairin dünya təcrübələrindən bəhrələnməsi və onların hər ikisinin bioqaynaqlanmasmm nəticəsidir.
N.Xəzri yaradıcılığı Azərbaycanın saf mühitində yetişməklə bu mühitdə cəmləşib qalmamış, doğma Vətənin sərhədlərindən çox-çox uzaqlara doğru istiqamətlənmişdir.